Paşinyan separatçıları Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının liderlərini ölkəsində dövlət çevrilişinə cəhddə ittiham edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistanda bir qrup Qarabağ separatçısının hakimiyyəti ələ keçirməyə hazırlaşdığına dair məlumatlar, hətta sübutlar var.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Rusiyanı Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham edib.
Belə ki, o, “France 24” telekanalına müsahibəsində bildirib ki, Rusiya “birbaşa Ermənistan əhalisini Ermənistanda dövlət çevrilişi etməyə çağırıb”.