Devid Kemeron: "İsrailə silah ixracı davam edəcək"
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə silah ixracının davam edəcəyini deyib. XİN rəhbəri bu barədə amerikalı həmkarı Antoni Blinkenlə birgə keçirilən mətbuat konfransında deyib. O, İsrailin HƏMAS-a qarşı müharibədə humanitar qanunları pozub-pozmadığına dair nazirlərə verilən son hüquqi məsləhətləri nəzərdən keçirdiyini bildirib.
“Hüquqi məsləhətləri nəzərdən keçirdikdən sonra ixrac lisenziyaları ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz hüquqi məsləhətləri nə dərc edirik, nə də şərh edirik. Lakin ona uyğun hərəkət edirik, biz qanuna tabe olan bir hökumətik və belə də olmalıdır”, - deyə xarici işlər naziri İsrailə silah ixracının davam edəcəyini bildirib.
Mətləb