Vladimir Putin bu ermənini qovub yerinə rusu təyin etdi
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyevi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi nümayəndə vəzifəsinə təyin edib. Bu barədə Rusiya Federasiyası prezidentinin fərmanında deyilir. “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Lvoviç Vasilyev Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yanında daimi və səlahiyyətli nümayəndəsi təyin edilsin”, - sənəddə qeyd olunur. 2013-cü ildə Vasilyev artıq KTMT-də səfir vəzifəsində çalışıb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında daimi nümayəndə olub.
Vladimir Putin digər sərəncamla Mikael Ağasandyanı KTMT-də daimi nümayəndə vəzifəsindən azad edib. Xatırladaq ki, Ağasandyan Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktorudur. Belə görünür ki, Kreml sahibində erməni çinovniklərə qarşı inamsızlıq artıq pik həddə çatır...
Mətləb Salahov