KÖHNƏ VERSİYA            

Erməni kilsəsi 4 kəndimizin qaytarılmasına hakimiyyətdən daha çox müqavimət göstərir...

Image

Qasım Hacıyev: "Nə qədər müqavimət göstərməyə çalışsa da, Qazaxın dörd kəndinin qaytarılmasının qarşısını almaq üçün kilsənin elə də böyük gücü yoxdur" 

Revanşist ab-hava Ermənistan cəmiyyətini bütövlükdə öz təsiri altına alıb. Bu ölkədə həm siyasi hakimiyyətdə təmsil olunanlar, həm ayrı-ayrı siyasilər, eyni zamanda da erməni kilsəsi revanşizmdən yana olduqlarını öz davranışları ilə dəfələrlə təsdiqləyiblər. 

Xüsusən də Qazaxın dörd kəndinin qaytarılması məsələsinin aktual olduğu bir vaxtda Ermənistanda revanşizm daha da güclənib. Söhbət Qazaxın Bağanıs-Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir ki, Ermənistan onları qaytarmamaq üçün hər cür hiyləyə, təxribata əl atır. 

Bu məsələdə adını din xadimi qoyan erməni kilsəsi təmsilçiləri də təxribatçı mövqedən çıxış edirlər.

Mütəmadi olaraq revanşist çıxışlarla gündəmə gələn Erməni Qriqoryan Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qalstanyan Müqəddəs Məryəmin anım günü - ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində "Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrilib”-deyə iddia edib.

O, revanşist iddialar irəli sürərək, Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.

“Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır”, - deyə revanşist erməni keşiş bildirib.

Bu revanş siyasətinin həyata keçirilməsində erməni kilsəsinin Ermənistan siyasi hakimiyyəti üzərində nə qədər təsiri ola bilər?  Çünki görsənən odur ki, siyasi hakimiyyət və kilsə həmrəydir. Revanş siyasətinin həyata keçirilməsində kilsə ilə siyasi hakimiyyətin rolu hansı nisbətdədir? Azərbaycan kəndlərinin qaytarılması məsələsinə erməni kilsəsinin müqaviməti nə qədər davam edə bilər? 

"Kilsə də, siyasi hakimiyyət də sülh tərəfdarı deyil..." 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu məsələdə Ermənistanın siyasi hakimiyyəti ilə erməni kilsəsi daimi rəqabətdə olub və kilsə hər zaman siyasətə qarışmağa çalışıb. "Son dövr hadisələri də göstərdi ki, ermənilərin ən böyük bədbəxtliyi dövlətçilik ənənələrinin olmamasıdır. Nə qədər uydurma, saxta tarix yazsalar da, onların dövləti, dövlətçiliyi olmayıb. Bu dövlətçilik funksiyasını onlarda əvvəllər xristian Qriqoryan kilsəsi həyata keçirib, kilsə onlar üçün dövləti əvəz edib, kilsənin göstərişi, himayəsi ilə addımlar atıblar, terror təşkilatları qurublar, həyatlarını yaşayıblar. Sonralar isə kilsənin maddi və mənəvi baxımdan o qədər də güclü olmadığını görən ermənilər diaspor təşkilatları yaradıblar. Bütün dünya ölkələrində 870-dən çox erməni diaspor təşkilatı var. Bu diaspor təşkilatlarının köməyindən  istifadə edirlər. Digər tərəfdən, XX əsrin əvvəllərində yaradılan Ermənistan dövləti erməniləri himayə edərək bir bayraq altında birləşdirib və bununla da onlar dövlətçilik həyatına qədəm qoyublar. Yeni yaranan Ermənistan dövləti də Azərbaycan Xalq Cümhuriyyətinə, eləcə də Gürcüstana qarşı silahlı basqınlar, qarətlər, soyqırımlar törətməklə məşğul oldu"-deyə Q.Hacıyev bildirdi. 

Q. Hacıyevin bildirdiyinə görə, erməniləri Cənubi Qafqaza köçürüb yerləşdirən Çar Rusiyasından sonra da bolşevik Rusiyası onları hərtərəfli himayə edib. "Sovet hökuməti 70 ilə yaxın bir müddət ərzində erməniləri qorudu, eyni zamanda da Azərbaycan torpaqları hesabına qurulan Ermənistanın ərazilərini genişləndirdi. Bizim torpaqlarımız parçalanıb Ermənistana verildi. 

Ermənistan müstəqillik əldə edən kimi birgə yaşadıqları xalqlara, qonşu dövlətlərə xəyanət etdilər. Burada onlara yer verən, dövlət yaradan dövlətlərə qarşı çıxdılar, əsassız mübarizə apardılar. Ermənilər ümumiyyətlə müstəqil düşünə, hərəkət edə bilmir, kimlərsə, hansı dövlətlərsə onları idarə edir. Onlar xarici dövlətlərin gücündən və ən çox da xristian həmrəyliyindən istifadə edərək öz həyatlarını qururlar. 

Təsəvvür edin ki, Ermənistan bizim əraziləri işğal altında saxlayanda onların bir nəfər də olsun dini rəhbəri irəli düşüb demədi ki, biz bu torpağın yerli sakinləri azərbaycanlıları bu şəkildə qovub çıxarırıqsa, sabah bu bizim də başımıza gələ bilər. İndi gəlib həmin gün çatıb. Ermənilər Qazaxın kəndlərini qanunsuz şəkildə öz əllərinə keçirdilər. O kəndləri  işğal etdilər. Qazaxın 7 kəndini işğal etdiyinə görə də dünya ictimaiyyəti Ermənistana bir söz demədi. Ermənistan bilir ki, o kəndləri mütləq qaytarmalıdır, Azərbaycan dövləti heç cür razı olmaz ki, o torpaqlar işğalda qalsın. 

Nə qədər müqavimət göstərməyə çalışsa da, Qazaxın dörd kəndinin qaytarılmasının qarşısını almaq üçün kilsənin elə də böyük gücü yoxdur. Bu gün erməni kilsəsi gücü çatmayan, ona aid olmayan bir işə qarışıb, bu isə siyasi səbatsızlıqdır. Kilsənin "torpaqları qaytarmırıq" deməsi ilə deyil ki, qayda var, qanun var. Gücdən danışırlarsa bizdə güc də var. Nəyə arxalanıb belə deyir erməni kilsəsi? Kilsə camaatı müharibəyə səsləyir, revanşizmi təbliğ edir, intriqa yaradır, öz gücü daxilində sülhə mane olur. Hətta Ermənistanın baş naziri özü deyib ki, bu Azərbaycan kəndləridir, biz onları qaytarmalıyıq. 

30 illik işğal dövründə kəndlərimizin, şəhərlərimizin talan edilməsində, torpaqlarımızın talanmasında

erməni kilsəsi heç də başqa təşkilatlardan geri qalmayıb. Erməni kilsəsi korrupsiyaya qurşanıb, bu gizli deyil ki"-deyə Q. Hacıyev bildirdi. 

Q.Hacıyev qeyd etdi ki, Ermənistan hakimiyyəti və erməni kilsəsinin ortaq məxrəcə gəldiyi məqam revanşizmıə bağlıdır, çünki hər ikisi də sülhə mane olan addımlar atır. "Bu məsələdə kilsənin gücü əvvəlki kimi deyil ki, siyasi proseslərə dərindən nüfuz edə bilsin. Gücü olmasa da, kilsə də, siyasi hakimiyyət də Qazaxın 4 kəndinin qaytarılmasına qarşıdır, kilsə bunu açıq deyir, amma siyasi hakimiyyət dolayısı ilə çatdırır. Kilsə də, siyasi hakimiyyət də sülh tərəfdarı deyil, kəndlərin qaytarılması məsələsində sadəcə Paşinyan gözdən pərdə asmağa çalışır. Həm kilsə, həm də Ermənistanın siyasi hakimiyyəti revanşist ab-havanın daimi olmasında maraqlıdır, həmrəydir. Bu məsələdə hər ikisinin də üzərinə böyük məsuliyyət düşür"-deyə Q. Hacıyev bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031