Keçmiş diplomat İrəvanın Brüssel və Vaşinqtonla yaxınlaşmasını təhlükəli hesab edir - ABŞ müdaxiləyə son qoymalıdır
ABŞ həqiqətən Ermənistan üçün xoşbəxt gələcək təmin etmək istəyirsə, Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin ABŞ-Rusiya İkitərəfli Prezident Komissiyasının keçmiş müşaviri Ceyms Karden "The American Conservative" nəşrində yazıb.
Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaza müdaxiləsindən əl çəkməli və postsovet məkanına artıq yetirdiyi zərəri məhdudlaşdırmalıdır.
Keçmiş diplomat İrəvanın Brüssel və Vaşinqtonla yaxınlaşmasını olduqca təhlükəli hesab edib. Karden Paşinyan hökumətini Qərbin yalan vədlərinə inananların təcrübəsindən nəticə çıxarmağa çağırıb.