Rusiya narahatdır - Şərqi Avropada nüvə silahı daşıyan F-16-lar üçün bazalar hazırlanır
Şərqi Avropadakı hava bazaları taktiki nüvə silahı daşıya bilən F-16 döyüş təyyarələrini qəbul etməyə hazırlaşır. Bu barədə TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
Bundan əlavə, diplomatın sözlərinə görə, Almaniyanın uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükü perspektivləri müzakirə edilir. Ümumilikdə, Polişçukun qeyd etdiyi kimi, Qərbin Kiyevə hərbi yardımının həcmi artıq 230 milyard dolları ötüb.
Bundan əvvəl Yunanıstanın Ukraynaya 32 F-16 qırıcısı təhvil vermək niyyətində olduğu bildirilirdi. Niderland hakimiyyəti həmçinin 2024-cü ilin ikinci yarısında Kiyevə F-16-lar tədarük edəcəklərini açıqlayıb.
Mətləb Salahov