KÖHNƏ VERSİYA            

Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycan barədə Qərbə nə sənədlər verib?..

Image

Brüssel görüşü ərəfəsində Ermənistan Aİ və ABŞ-da Azərbaycanın silahlanmasına dair “sənədlər” təqdim edib. Bu barədə Politiko saytı yazıb. 

Bu da o qənaətə gəlməyə imkan verir ki, görünür, görüş ərəfəsində Brüsseldə hərbi məsələnin müzakirə ediləcəyi barədə deyilənlər yalan deyilmiş. Düzdür, Brüssel görüşünün təşkilatçıları bunu inkar etsə də, 5 aprel görüşündə hərbi komponent var.  

Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycan barədə Qərbə nə sənədlər verib?...

Mətin Məmmədli: “Brüssel görüşündən əvvəl də...”

 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “Brüssel görüşündən əvvəl də bu görüşdə hərbi və təhlükəsizlik məsələrinin müzakirə olunacağı söylənilirdi. Hətta Ermənistana Qərb tərəfindən təhlükəsizlik zəmanətinin veriləcəyi də deyilirdi. Bunlar baş verməsə də, hər halda, böyük ehtimalla, qapalı görüşdə Ermənistanın təhlükəsizlik məsələsi də, Azərbaycanın hərbi gücü də və sair mövzuda digər məsələlər də müzakirə olunub. Düşünürəm ki, hər halda qarşıdakı perspektivdə Ermənistanın təhlükəsizliyi məsələsi Qərb tərəfindən yenidən gündəmə gətirilə bilər. İndi bu məsələ gündəliyə çıxarılmadı və hər hansı razılaşmanın qəbul olunduğu bildirilmədi. Hesab edirəm ki, gələcəkdə bu məsələ ola bilər”-deyə bildirdi.

M.Məmmədlinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan son aylarda Qərbin aparıcı dövlətlərindən biri olan Fransa tərəfindən silahlandırılır. “Digər Qərb dövlətləri də Ermənistana silah satışında maraqlı olduğunu bəyan edib. Hər halda düşünürəm ki, Ermənistanın silahlandırılması məsələsi Qərbin gündəliyində  aktuallaşa bilər”-deyə M.Məmmədli qeyd etdi.     

Akif Nağı: “Ehtimal etmək olar ki, Ermənistan Azərbaycanla bağlı saxta, əsassız məlumatlar təqdim edib” 

Azad Vətən Partiyasının sədri Akif Nağı da bu barədə fikirlərini “Bakı-Xəbər”lə bölüşdü.  

“Avropa strukturlarının, təşkilatlarının, bəzi dövlətlərin təmislçiləri də, o cümlədən, ABŞ-ın, Fransanın nümayəndələri də dolayısı ilə təsdiq edirlər ki, Brüsseldəki 5 aprel görüşündə hərbi məsələlər də gündəmdə olub. Sadəcə onu gizlədirlər. Məlumatın gündəliyə gəlməsindən, ortaya çıxmasından çəkinirlər. Çünki bilirlər ki, Azərbaycan narazı qalacaq. Bilirsiz ki, həmin görüş ərəfəsində ABŞ-ın dövlət katibinin və Aİ-nin rəsmi nümayəndəsinin Prezident İlham Əliyevə zəng vurmaları təsdüfi deyildi. Belə başa düşürəm ki,  orada hərbi məsələlərin, eləcə də Ermənistana hərbi yardım göstərilməsi, Ermənistanın müharibəyə hazırlaşdırılması ilə bağlı  müzakirlər aparılacağına  dair Azərbaycanın əlində faktlar, məlumatlar vardı. Ehtimal ki, Azərbaycan da əlində olan faktları müxtəlif kanallarla onların diqqətinə çatdırıb. Ona görə də dərhal Blinken Azərbaycan Prezidentini arxayınlaşdırmaq üşün ona zəng etdi. Düzdür, arxayınlaşdırmaq sözü də yerinə düşmür. Çünki Azərbaycan Prezidenti əmin olmadığı məsələni onların qarşısında qaldırmaz. Onlar Azərbaycan Prezidentinin bildiyi faktların üzərində Azərbaycanla söhbət apardılar. Belə dəyərləndirirəm ki, onlar Azərbaycanın iradlarını qəbul etdilər və ona görə dalbadal zəng vurdular. Yəqin ki, mövqelərindən xeyli geri çəkildilər də. Amma yenə də qapalı şəkildə hərbi məslələri müzakirə etdilər. O danışıqlardan sonra əgər Ermənistan cəbhə bölgəsində, şərti sərhəd xəttində davamlı şəkildə atəşkəsi pozursa, Azərbaycana qarşı təxribatlar törədirsə, sülh prosesini pozursa, demək onların bəd niyyətləri var, Azərbaycana qarşı hansısa ən azından lokal hərbi əməliyyat həyata keçirmək istəyirlər. Ola bilsin, bundan istifadə edib Rusiyaya qarşı hansısa addımlar atsınlar, Rusiyanın hərbi bazasını oradan çıxarmaq üçün hansısa addım atsınlar. Amma bizi maraqlandıran burada Azərbaycana dəyəcək zərərdir, Azərbaycanın mövqeyinə zərbə vura bilərlər. Deyək ki, Azərbaycanın Şərqi Zəngəzur istiqamətində mövqelərini təhlükə altına ala, təhdid edə, Qarabağ istiqamətində də hər hansı bir təxribat törədə, diversant qruplar göndərə bilərlər. Ermənistanda Azərbaycana qarşı çoxvariantlı təhlükə mənbələri var”-deyə A.Nağı bildirdi.

Partiya sədri vurğuladı ki, biz də bu təxribatlara qarşı işimzi qurmalıyıq. “Brüssel görüşü ərəfəsində Ermənistanın Azərbaycanla bağlı hansı sənədi təqdim etdiyinə gəlincə, bu qapalı bir məsələdir, demək olar ki, heç kəsin bundan məlumatı yoxdur. Ehtimal etmək olar, Ermənistan Azərbaycanla bağlı saxta, əsassız məlumatlar təqdim edib. Qərbə yalan, əsası olmayan məlumat ötürə bilərlər ki, guya Azərbaycan silahlanır. Əslində isə bu boş və mənasız bir iddiadır. Azərbaycan normal şəkildə öz planlarına uyğun olaraq, heç kəslə razılaşmadan özünün müdafiə qüdrətini artırmaq üçün müəyyən dövlətlərlə hərbi sahədə müqaviləsi olub, var da, bu istiqamətdə işləri davam edir. Bunun da nə Ermənistana, nə Qərbə, nə də hansısa beynəlxalq təşkilata, dövlətə dəxli var, Azərbayan heç kəsin qarşısında cavab verməli deyil. Silahlanma ilə bağlı müəyyən beynəlxalq normalar var, bugünə qədər də Azərbaycan həmin o beynəlxalq normalara, kvotaya tam şəkildə əməl edib. Beynəlxalq qurumların özlərinin peyk vasitəsilə istənilən ölkədə silahla, yerdəyişmələrlə bağlı izləmə aparmaq imkanları var və onlar izləyirlər, çünki məlumatları dərc edirlər. Ermənistanın onlara nəsə bir fakt təqdim etməsi, bunun da yeni bir sensasiya olması kimi bir şey yoxdur. Onların deyəcəyi və beynəlxalq təşkilatlarən bilmədiyi bir məsələ yoxdur ki, Ermənistan nəyisə çatdırsın. Onların apardığı hansısa bir saxta sənəddən Qərbin, beynəlxalq qurumların Azərbaycana qarşı istifadə etməsi qeyri-realdır. Bu sübut olunmayan bir məsələdir. Heç kəsin Azərbaycana göstəriş verməyə ixtiyarı yoxdur. Azərbaycan beynəlxalq normaıara həmişə riayət edib. Ermənistanın iddia etdiyi nədirsə, o birinci Azərbaycanla müzakirə olunmalıdır ki, ermənilər onun haqda ortaya hansısa iddia qoyub. Yəni məsələnin mahiyyəti bundan ibarətdir. Son olaraq məsələni belə dəyərləndirmək olar ki, Ermənistan sakit dayanmaq istəmir, Azərbaycana qarşı hansısa təxribatlar törətmək istəyir...”-deyə A.Nağı bildirdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad edib, amma Ermənistan süni şəkildə o əraziləri öz əraziləri kimi qələmə verməyə çalışır. Eyni zamanda Qazaxın kəndləri ilə bağlı da ermənilərin yanlış təsəvvür yaratmaq istədiyini deyən A.Nağı qeyd etdi ki, bununla bağlı təxribat həyata keçirir, guya o kəndlərin ermənilərə aid olduğunu göstərməyə cəhd edirlər. “Faktlar ortadır. Sovet dövrünə aid xəritələr var, o dövrdə inzibati bölgülər vardı. O kəndlərin hər birində azərbaycanlılar yaşayırdı və onlar Qazaxın inzibati ərazi vahidləri idi. Amma dünya bunu görmək istəmir, bu fakta diqqət yetirmir, ermənilərin yalanlarını əsas götürürlər. Faktların hamısı onu göstərir ki, Ermənistan təxribat törətməyə hazırlaşır. Azərbaycan bu təxribatlara qarşı hazır olmalıdır, buna qarşı elə addımlar atmalıdır ki, onlar peşman olsunlar”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031