Qırğızıstanda saxlanan cinayətkar dəstənin beş üzvü Azərbaycan DİN-ə təhvil verildi
Qırğızıstan transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan beş Azərbaycan vətəndaşını Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verib.
Trend bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən xəbər verir.
"Müəyyən edilib ki, 2024-cü il martın 20-də "Ak-Jol" nəzarət-buraxılış məntəqəsi vasitəsilə 5 Azərbaycan vətəndaşı, o cümlədən 1971-ci il təvəllüdlü A.V.S., 1984-cü il təvəllüdlü B.S.O., 1982-ci il təvəllüdlü A.M.O. 1992-ci il təvəllüdlü B.N.O., 1992-ci il təvəllüdlü M.Z.O. öz kriminal təsirlərini, o cümlədən, cinayətkar ideologiyanı yaymaq və gücləndirmək, eləcə də, xüsusən ağır cinayət - sifarişli qətl törətmək məqsədilə məqsədilə Qırğızıstan ərazisinə keçiblər.
Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar dəstələrlə əlaqəli olduqları müəyyən edilib. Bu şəxslərin Qırğızıstan vətəndaşları üçün təhlükə törətmələri ilə əlaqədar olaraq, habelə Azərbaycanın hüquq-mühafizə orqanları ilə daha əvvəl bağlanmış razılaşmaya əsasən, onların soğrusu üzrə 2024-cü il aprelin 7-də Manas Beynəlxalq Hava Limanının ərazisində sözügedən şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib", - deyə Dövlət Komitəsindən bildiriblər.