KÖHNƏ VERSİYA            

Yunus Oğuzun "Cığır"-ı daha böyük zəfərlərə gedən YOL - Nizami CƏFƏROV

Image

Nizami Cəfərov,

Milli  Məclisin  üzvü, akademik

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri (və siyasi müdrikliyi!) sayəsində Azərbaycanın milli intibah şəhəri (bu gün isə mədəniyyət paytaxtı) Şuşanın düşmən əsarətindən xilas edilməsi elə bir möhtəşəm hadisədir ki, bütövlükdə milli tarixi yaddaşı hərəkətə gətirməklə ədəbi-ictimai şüur qarşısında geniş idrak üfüqləri açdı. Və məhsuldar yaradıcılıq axtarışları ilə Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərinə romanlar miqyasında müfəssəl analitik təhlil verməklə kifayətlənməyib keçmişlə bugünün sələf-xələflik münasibətlərinin genotipologiyasını aşkarlamağa xüsusi maraq göstərən Yunus Oğuzun Şuşanın "tərcümeyi-hal"ına müraciət etməsi, əlbəttə, ilk növbədə həmin möhtəşəm hadisənin - Şuşa Zəfərinin əks-sədasıdır. Görkəmli yazıçı- mütəfəkkirin on illərlə daxilində, ruhunda gəzdirdiyi nisgil Şuşa görüşlərindən, ziyarətlərindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətilə üzə çıxarır.

Roman Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın olduqca mürəkkəb dövrdə paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır...


"Xan gördü ki, Nəsrəddin kişi onun fikirlərini oxuyur. Sıldırım qayalara, göyün mavi ənginliyinə baxıb dilləndi:

- Görürəm, ürəyimdən keçənləri oxuyursan. Elədir, amma təzə yurd axtarmıram. Təzə paytaxt tikmək istəyirəm. Yurda gəldikdə isə bütün Azərbaycan mənim yurdumdur. Hökmüm çatan torpaqlar isə Qarabağdır. -Ah çəkdi. - Nadir şahdan sonra məmləkətin içi qarışıb. Əvvəl şahın tayfası tac uğrunda müharibəyə başladı. Şahı devirən qardaşı oğlu Adil şahı da öz qardaşı taxtdan saldı, ona qarşı çıxdı. İndi ölkədə hərc-mərclikdir. Xorasanda Nadir şahın qardaşı oğlu Adil şah tərəfindən gözü çıxarılan nəvəsi Şahruh, Şirazda Kərim xan Zənd, Astrabadda Məhəmməd Həsən xan Qacar, Urmiyyədə Fətəli xan Avşar şahlıq fikrinə düşüblər. Hamısı da namə yazıb ayrılıqda onlara qoşulmağımı təklif edirlər, hətta hədələyirlər"...

Yazıçı öz üslubuna sadiq qalaraq bütün əsər boyu dövrün siyasi mənzərəsini, baş verən hadisələrin tarixi köklərini, coğrafi miqyasını təsvir edir. Birinci növbədə heç də az olmayan tarixi mənbələrə əsaslanır, təxəyyülünün cilovunu buraxanda da çalışır ki, bu mənbələrin verdiyi təəssüratları zədələməsin:

"...Atlar yoxuşu qalxıb dayandılar. Onların qarşısında təsvir olunmayan bir gözəllik, lacivərd bir düzəngah açıldı. Hamı heyrətdə idi. Xan özü bu gözəlliyin əsirinə çevrilmişdi, deməyə söz tapmırdı. Yazın ortası olmasına baxmayaraq, hava soyuq idi. O, daha atla getmək istəmədi, fikirləşdi ki, bu yerləri qarış-qarış gəzsin, hər daşı, hər kolu yaddaşında saxlasın, tikəcəyi şəhərin hər addımına bələd olsun".

Qarabağ xanlığını qoruyub saxlamaq üçün özünə paytaxt (əslində, qala, təbii istehkam!) axtaran Pənahəli xanın arzuları, idealları barədə aydın təsəvvür yaratdıqdan sonra yazıçı XVIII əsrin ortalarından XXI əsrə - Şuşanı (və ümumən Qarabağı) qəsb etmiş Ermənistanın bu "qələbə"ni möhkəmlətmək üçün Moskva qarşısında hər cür "reverans"lar etdiyi bizim günlərə gəlir. Məqam düşən kimi onları da aldadan, özünə daha güclü arxa axtaran ermənilərə isə Moskva heç də həmişə güzəştə getmək istəmir. Və Azərbaycanın yeni ərazilərini istila etmək arzusunda olan azğınlara Moskvanın məsul nümayəndəsi belə cavab verir:

"Mən sizin kimi düşünmürəm, çünki mən burada Rusiyanın adından danışa bilmərəm. Sizə onsuz da kifayət qədər dəstək veririk, amma bu məsələdə yalnız bir nəfərin qərarı keçərli ola bilər, o da Prezident Putinin. İrana gəldikdə isə, onlar sizə kömək edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, İranda qırx milyon azərbaycanlı yaşayır. Əgər Tehran özünün strateji maraqlarını nəzərə alıb İrəvana açıq köməklik göstərsə, o zaman onlar ayağa duracaqlar, həm də, - o, müdafiə nazirinə diqqətlə baxıb sözünə davam etdi, - həm də nəzərə almaq lazımdır ki, İran Türkiyə və Pakistanın basqıları ilə üz-üzə qalacaq".

Və beləliklə, məsul nümayəndə erməni nazirinə strateji gerçəkliyi xatırlatmağa məcbur olmaqla onu "göylərdən yerə endirir".

Sovetlər Birliyinin dağıldığı illərin siyasi hərc-mərcliyindən istifadə edərək Azərbaycan torpaqlarını qəsb etmiş ermənilər elə güman edirlər ki, bu, taleyin onlara bağışladığı əbədi bir üstünlükdür. Və hətta bir az da irəli gedib Azərbaycanda hərc-mərclik yaradacaqları barədə xəyallara da qapılırdılar...

Yunus Oğuz romanın strukturunu hiss olunmadan (yəni təhkiyənin xronotopunu ancaq zəruri hallarda dəyişərək) "mürəkkəbləşdirir". Və nəticə etibarilə, roman həm bugündən keçmişə (retrospektiv), həm də keçmişdən bu günə (prospektiv) olaraq oxunur ki, hadisələrin cərəyan ardıcıllığını yerli-yataqlı izləmək üçün bu, çox mühün şərt olmaqdan əlavə, münaqişə başlayandan Şuşanın azad edilməsinə qədər həmin mövzuda müxtəlif səviyyələrdə gedən söz-söhbətlərdən hansıların doğru, hansıların isə uydurma olduğunu bir-birindən ayırmağa imkan yaradır.

Ermənilərin Şuşa şəhərini necə ələ keçirdiyini Yunus Oğuz zahirən ciddi, daxilən isə ironik planda təsvir edir:

"Hamının kefi yerində idi, şadyanalıq edir, deyib-gülürdülər. İrəvanda və Xankəndidə Şuşanın alınması üçün xüsusi hazırlıqlar görülmüş, hətta bəzi xarici dövlətlərin rəhbərlərinin razılığı da alınmışdı. İndi qalmışdı Şuşanı almaq. Buna görə də bu əməliyyata "Dağlarda toy" adı verilmişdi. Şəhərin alınmasına tamaşa etməyə gələnlər, sanki doğrudan toya gəlmişdilər.

...Bu "toy"un tamadası isə müdafiə naziri Vazgen Sarkisyan idi. O, bir-bir qonaqlara yaxınlaşır, hal-əhval tutur, zarafatlaşır, deyib-gülürdü. Xidmətçilər də ortada gəzir, şərab süzür, kim istəsəydi, qarşısına yemək, ya da meyvə qoyurdular".

Nəinki keçmiş barədəki uydurmaları, nəinki gələcək barədəki xülyaları, hətta bu gün - gerçək həyat haqqındakı düşüncələri belə, absurd avantüradan başqa bir şey olmayan bu narahat etnosu bir kabus kimi arxasınca hər cür nalayiq hərəkətlərə sürükləmişdir.

Qarabağ uğrunda mübarizə pərdəsi altında Ermənistan hakimiyyəti kluarlarında məhz şəxsi siyasi nüfuz üçün baş verən çəkişmələrin iç üzünü açmağa çalışan yazıçı konkret (və olduqca səciyyəvi) epizodlarda erməni xisləti barədəki təsəvvürləri dəqiqləşdirdiyi kimi, Azərbaycan hakimiyyətində həmin mübarizənin nə qədər müqəddəs ideallara əsaslandığını da parlaq lövhələrdə təqdim edir:

"...Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının iclasına hələ on beş-iyirmi dəqiqə qalırdı. Kabinetində bir qədər gəzişdi. Yenə gəlib atasının portretinin qarşısında dayandı. O, sanki içində atasının ruhunu gəzdirir, bu dünyagörmüş atadan, siyasətçidən məsləhət almağa çalışır, atacağı addımı yüz ölçüb, bir biçirdi. İçində bir qalxınma vardı. O özü və Azərbaycan üçün yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi"...

Yazıçı romanda Tovuz döyüşlərinin təfsilatına varır, xaos yaratmaq cəhdlərinin necə iflasa uğradığını, xalqın monolit birliyini, Qarabağ uğrunda mübarizənin heç bir başqa istiqamətə yönəltməyin mümkün olmayacağını öncədən görməyə imkan verən hadisələri xatırladır...

"Hələ Tovuz döyüşlərindən bir qədər öncə Ermənistanın Baş naziri Paşinyan Xankəndidə çıxış edərkən belə bir cümlə işlətdi. Qarabağ Ermənistandır, nöqtə".

Prezident İlham Əliyev isə onun cavabını çox gecikdirmədi. Soçidə Valday konfransında, daha çox dünya siyasətçilərinin toplaşdığı bir məclisdə demişdi: "Qarabağ Azərbaycandır, nida!".

Tezliklə bu şüar xalqın dilində əzbər oldu, hər yerdə "Qarabağ Azərbaycandır!" deyilməyə başlandı.

Şuşanın (ümumən Qarabağın) düşmən işğalından xilası barədəki komandanı Azərbaycan Prezidenti, əslində, Valdayda - bütün dünyanın gözləri qarşısında hər bir azərbaycanlının ruhunu silkələyən, canına- qanına işləyən "Qarabağ Azərbaycandır, nida!" sözlərilə vermişdi. Silahları hərəkətə gətirən sonrakı əmr isə yalnız ordu üçün idi. O ordu üçün ki, Azərbaycan xalqının (və Ali Baş Komandanın) iradəsini bilavasitə həyata keçirirdi.

Qarabağ uğrunda aparılan Vətən müharibəsində xalqla hakimiyyət arasındakı anlaşmadan doğan mənəvi-ruhi rezonans, hər bir vətəndaşın daxilindən gələn qeyri-adi vətənpərvərlik romanda təqaüdünü orduya köçürən şəkili Hikmət babanın, üç oğlunu birdən müharibəyə göndərən Cəfər kişinin, şəhid ərinin cənazəsini qəbir evinə öz çiynində aparan xanımın bədii təxəyyüldən yox, həyatdan gələn obrazlarında əks olunmuşdur.

Ermənilər işğal etdikləri Şuşanın təbiətinə (ruhuna!) bələd olmadıqlarına görə CIĞIR-dan da xəbərləri olmur. Şuşaya hücuma hazırlaşan Azərbaycan xüsusi təyinatlılarına bu barədə Nəsrəddin kişi (Pənahəli xan dövründəki Nəsrəddin kişinin törəmələrindən) məlumat verir. Və əsgərlər Şuşaya məhz həmin cığırla qalxırlar...

"Dörd yüz nəfər xüsusi təyinatlı kölgəyə çevrilib Şuşanın küçələrində "Sızma" əməliyyatını davam etdirirdilər.

Nəhayət, ermənilər başa düşdülər ki, Azərbaycan əsgəri şəhərdə xüsusi əməliyyat aparır, amma heç kim başa düşmürdü ki, onlar haradan gəlib çıxıblar. Şəhərin girişində yerləşən posta zəng edib soruşurdular ki, türklər hardan gəlib şəhərin ortasına çıxıblar.

Postun komandiri, buradan keçməyiblər, - dedi. Elə isə haradan? Bu müəmmalı sualın altında ermənilər hara gəldi atəş açmağa başladılar. Onlar hansı qaraltını görürdülər, gülləbarana tuturdular. Şəhəri güllə səsi başına götürdü".

Romanın sonluğu - Şuşanın düşməndən azad olunması səhnələri xüsusi sənətkarlıqla, hətta demək olar ki, eşqlə, vəcdlə işlənilmişdir. Və yazıçının təsvir-təfərrüatdan daha çox detallara üstünlük verməsi də buradan irəli gəlir...

"- Sən Şuşada düşmən gördünmü, sizi bu günə kim qoyub, kiminlə vuruşurdunuz?

Yaralı əsgər zarıyaraq cavab verdi:

- Mən Şuşada ancaq kölgə görürdüm. Qaranlıq kölgələr çıxır, bıçağı boğazımıza çəkir, sonra qaranlığa batırdılar. Heç nə edə bilmirdik. Lap yaxından güllə atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də yıxılan. Elə bil ruhlarla döyüşürdük".

Roman Ali Baş Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq!..". O sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara məlum CIĞIR-ı bütün dünyada məşhur geniş Zəfər Yoluna çevirdi.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031