Çin Rusiyaya dəstəyini gücləndirdi - Ukraynadakı hədəflərin peyk şəkilləri Moskvaya ötürülür...
“Bloomberg” yazır ki, Çin Rusiyaya dəstəyini daha da gücləndirib. Nəşrin məlumatına görə, Pekin Moskvaya Rusiyanın Ukrayna hədəflərinə hücum etməyə kömək edən peyk şəkilləri təqdim edir.
Medianın anonim mənbəyə əsaslanaraq yazdığı üzrə, Çinin dəstəyi raketlər üçün yanacağı da əhatə edir.
“Çin neytral mövqe tutsa da, Çin və Rusiya arasında ticarət əlaqələri 2023-cü ildə rekord həddə – 240 milyard dollara çatıb. Həmçinin, Rusiya Çinə kömür və neft kimi məhsulların ixracını artırıb”, – deyə “Bloomberg” yazır.
Nəşr qeyd edir ki, Çin və Honq-Konq Kremlə müharibədən bəri Rusiyaya məhdudiyyət qoyulmuş texnologiya imkanına sahib olmağa kömək edir. Texnologiyada silah yaratmaq üçün istifadə olunan çiplər nəzərdə tutulur.
TAHİR