Azərbaycan XİN Niderlandı saxlanılan iqlim etirazçılarını azad etməyə çağırdı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.
Bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.
"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.
Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb.
ZÜMRÜD