Medvedevdən ŞOK İDDİA - “Crocus” terrorunu Makron maliyyələşdirib...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makron və bəzi digər Qərb liderlərinin Moskvadakı “Crocus City Hall” konsert zalında törədilən dəhşətli terror aktının sponsorları olduğunu iddia edib.
Medvedev bu barədə Telegram kanalında paylaşım edib.
“Cinayət ortaqları. Onlardan biri də Makrondur. Onun açıqlamaları, hərəkətləri və ən əsası Bandera rejimi ilə gizli əməliyyatlara razılıq verməsi martın 22-də törədilən terror aktında şəriklik kimi qələmə verilə bilər. Aydındır ki, bu dəhşətli terror aktının sponsorları Makron və bəzi digər Qərb liderləridir. Bunu bağışlamaq mümkün deyil" - Medvedev bildirib.
Tahir TAĞIYEV