KÖHNƏ VERSİYA            

KƏŞFİYYATA ONUNLA BİRLİKDƏ...

Image


Aprel savaşının qəhrəman şəhidi, xüsusi təyinatlı hərbi qulluqçu Sərxan Bayramovun əziz xatirəsinə

Günəş yavaş-yavaş qüruba yaxınlaşırdı. Həlimət ana 5-ci mərtəbədəki mənzilin eyvanına çıxıb həyətə boylandı. Bərk qələbəlik idi – yaşlılar bir tərəfdə əyləşib sakitcə dərdləşir, gənclər deyə-gülə söhbətləşirdilər, futbol oynayan uşaqların harayı aləmi başına götürmüşdü. İçərilərində kiçik oğlu da vardı. Bu zaman o, rəqibin neçə oyunçusunu keçib hücum mövqeyinə çıxdı. Hamı qışqırdı: “Vur, Sərxan, vur!” Zərbə... Qoool... Ananın yadına düşdü ki, bayaqdan top qovan dəcəl balasının qan-tərə, toz-torpağa batması bir yana, yeməyinin də vaxtı keçir. Tez onu səslədi: Ay oğul, Sərxan, evə gəl! Səsi məhəllədəki hay-küyə qarışıb dalğalandı:

“SƏRXAAAN! EVƏ GƏƏƏL!”

...İllər yaman sürətlə keçdi, elə övladlar da çox tez, bu səsin, çağırışın gedib-qayıtdığı zaman məsafəsində böyüdülər. Bayramovlar ailəsinin böyük oğlu Harun hərbçi peşəsini seçib, Ali Hərbi Akademiyanın məzunu kimi zabit rütbəsində Azərbaycan Silahlı Qüvvələrində qulluğa başladı. Sərxan Zaqatala şəhərindəki şəhid Nizami Hüseynov adına 2 saylı orta məktəbdə təhsil alıb. VIII sinfi bitirəndən sonra sənədlərini Naxçıvanski adına Hərbi Liseyə təqdim etsə də, qəbul oluna bilməyib. Deyilənlərə görə, ilk addımda tale üzünə gülmədiyinə görə elə ağlayıb, göz yaşı tökürmüş ki... Uşaqlıq illərinin foto-albomunda uniformada şəkilləri də var.

Avtoçilingər işləyən atası Oqtay kişi ona sənətinin sirlərini öyrədib. İlyarımlıq əsgərlik dövrünü ruh yüksəkliyi ilə başa vurduqdan sonra müxtəlif işlərdə çalışır, valideynlərinə köməklik göstərir. Lakin peşəkar hərbçilik sevdası bir an da olsa ürəyindən çıxmır. Bir gün ata-anasına “cpesnaz”a yazılmaq istədiyini söyləyir. Və beləcə, xüsusi təyinatlı bölmədə müddətdən artıq hərbi xidmətə qəbulla nəhayət çoxdankı niyyətini reallaşdırır. Uğurunu hamıyla bölüşür, şadlığından göylərdə uçurmuş, çünki arzusuna çatmışdı, sevdiyi işlə məşğul idi. İgid hərbçinin doğmaları və dostları ilə son görüşü 19-20 mart tarixində - Novruz bayramı ərəfəsində baş tutub. Bir gün sonra isə yenidən xidmət yerinə qayıdıb. Ailədə xoşbəxt günlər yaşanırdı, Harun bir il idi ki, ailə qurmuşdu, Sərxanı evləndirməyə hazırlaşırdılar. Mart ayının 22-də qız evinə elçi gedilir, “həri”si alınır, aprelin 10-da nişan aparacaqlarmış...

Həlimət xanımın dediklərindən: “Vallah bilmirəm, necə anayam, heç yuxuma da gəlmədi, bir narahatlıq duymadım, ürəyimə də dammadı... Sərxanın ölümü haqqında heç vaxt fikirləşməmişdim, toyuna hazırlaşırdım axı. Mən onun üçün xonçalar tutacaqdım. Sərxan o qədər həyatsevən oğlan idi ki... Olduğu yerdə ancaq sevinc, şənlik qərarlaşardı. Gəlməyi, peyda olması ilə hər yanda ab-hava dəyişərdi, gülüş, xoşbəxtlik səpələyərdi ətrafa...” Ananın səsi Zaqatala dağlarında əks-səda verir:

“SƏRXAAAN! EVƏ DÖÖÖN!”

“2016-cı il aprelin 1-dən 2-ə keçən gecə işğalçı erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq, təmas xəttinin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində atəşkəsi pozdular. Qəhrəman ordumuz nəinki azğın düşmənə ciddi müqavimət göstərdi, hətta şərəfsiz erməniləri öz mövqelərindən belə qovaraq, yüz kilometrlərlə geri oturtdu. Nəticədə Talış, Seysulan, Cocuq-Mərcanlı, Odundağ, Lələtəpə və digər yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 24 ildir ki, yağı caynağında inləyən həmin ərazilərə ilk dəfə qədəm

qoydu. Cəsur qoşun birləşmələrinin önündə xüsusi təyinatlılar gedirdi. Sərxan Bayramovun da təmsil olunduğu kəşfiyyat bölüyü isə daha dərinliklərə, düşmənin içərilərinə qədər sıza bilmişdi...

Aprelin 2-də günortaya yaxın artıq çəbhə bölgəsində baş verənlər barədə məlumat bütün ölkəyə yayıldı, dünya mediasına ayaq açdı. Dığalar yenə də öz amplualarında idilər; həyasızcasına ağlamsınır, qırılıb-çatıldıqlarından şikayətlənirdilər. Özgə torpaqlarına göz dikən xain sürüsünü görəsən başqa hansı aqibəti gözləyirmiş? Azərbaycanda da övladı, qohumu əsgərlikdə olanlar,

ümumiyyətlə hamı ehtiyatla soraqlaşmağa başladı. Sərxandan isə səhih bir xəbər yox idi – ona nə qazilər, nə də şəhidlər karvanında rast gəlinirdi. Ana harayı Qarabağ, Tərtər, Talış yüksəkliyi tərəfdən əks-səda verir:

“SƏRXAAAN! EVƏ QAYIIIT!”

10 aprel. 5-6 gündür ki, atəşkəs elan olunub. Səngərlərdən qaçıb pərən-pərən düşmüş ermənilərin başbilənləri özlərini dünya güclərinə yetiriblər. Qərbdən, Şərqdən, hər yandan müharibəni lənətləyən bəyanatlar eşidilir. Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə neytral zonada qalan cansız vücudlar götürülür, dəyişdirilir. Sərxan da doğmalarının ongünlük həsrətinə “son qoyur”, Zaqatalaya evə “qayıdır”, vətən torpağını son dəfə qucaqlamaq, Azərbaycanın qoynunda əbədi uyumaq üçün... Amma o, eyni zamanda qəhrəmanlığı, böyük ideallar uğrunda çanını qurban vermək bacarığı ilə xalqın ürəyinə köçdü. 

Həmin günlərdə Ermənistan baş qərargahı gecəgörmə cihazları vasitəsilə qeydə alınmış süjetlər yaydı. Görüntülərdə düşmənin arxasına keçmiş kəşfiyyat qrupumuzun hərəkəti öz əksini tapıb. İşğalçılar bərk qorxu və çaşqınlıq içərisində ora-bura vurnuxurlar. Sonra yenidən atəş səsləri eşidilir. Düşmən heyrətini gizlədə bilmir: artıq qanlı savaşdan 24-26 saat ötüb, ayın 2-dən 3-ə keçən gecədir. Döyüş bitməli idi, fəqət arxa cəbhədə bir qrup hələ də vuruşur. Bəli, onlar axırıncı güllələrinə, son nəfəslərinə qədər döyüşdülər. Vətənə xidmətləri, şücaətləri də layiqincə qiymətləndirildi. Şəhid gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edildi. Sosial şəbəkələrdə, oğlu son mənzilə yola salınarkən Oqtay Bayramovun tabuta sarınmış üçrəngli bayrağımızı üzünə sıxıb necə hönkür-hönkür ağladığını izləmisizmi? Bax, medalı qəbul edərkən də eləcə göz yaşları leysan kimi yağdı şəhid atasının... Hər gün dünyada övlad həsrətli milyonlarla anaların baxışları yollara dikilir. Ayrılıqların yaratdığı kədər ümmanında batıb çıxan Həlimət xanım da onlardan biridir. Yox, yox, o daha oğlunu gözləmir, yalnız şirin xəyallara dalır. O xəyallara ki, Sərxanın beşiyi başında layla çalır, xəstələnəndə yatağı yanında yuxusuz gecələr keçirir, böyüdüb məktəbə, hərbi xidmətə yola salır, qız bəyənir, elçi gedir, toyda əl-qol açıb süzür, gəlininin boynuna sarılır... Stop! Ax, səni zalım əcəl! Bu iğım xəyalların qovub apardığı insafsız xatirələr yenidən geri qayıdır ki, - axı 23 yaşlı Sərxanın dəfn olunduğu gün nişan mərasimi keçirilməli idi...

Gənclər arasında sədaqət, dəyanət, vəfa rəmzi kimi işlədilən bir ifadə var: “Səninlə

kəşfiyyata getmək olar.” Yaxud, “filankəslə kəşfiyyata getmək mümkündür.”

Onlar – Sərxan, Rəvan, Samir, Əbdülməcid və digərləri, minlərlə, on minlərlə azəri

gənci genlərində daşıdıqları qeyrət, cəsarət, ləyaqət kodları, ailədə aldıqları yüksək

tərbiyə, məktəbdə, həyatda əxz etdikləri ali hədəflərlə məhz həmin kateqoriyaya

aid – birgə kəşfiyyat şərəfinə layiq idilər. Və beləcə çiyin-çiyinə zülmət gecələrin

örtdüyü sübh nurunu gətirməkdən ötrü yola çıxmışdılar. Sözügedən missiya uğurla

yerinə yetirildi, amma 2-3-4 aprel və daha sonrakı səhərlərin onlarsız açılması

naminə...

Azərbaycan torpağı ona görə müqəddəsdir ki, şəhid qanı ilə yoğrulub. Xalqımız o səbəbədən qalib, zəfərli, yenilməzdir ki, başının üstü, Vətən səması şəhid ruhları ilə doludur. Həmin ruhların bu gün şad-xürrəm, bəxtiyar olması isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igidlərimizin qanı, canı hesabına qazanılan qələbələr, zəfərlərlə bağlıdır. İndi bu müqəddəs ocaqda – Bayramovlar ailəsində şəhid Sərxanın adını daşıyan qardaşıoğlu böyüyür... Bütün şəhidlərimizi böyük sevgi, ehtiram və rəhmətlə anırıq, Allah vətənimizi, xalqımızı, müstəqilliyimizi daim var eləsin!

Qurban CƏBRAYIL








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031