"Hizbullah" lideri livanlılara səsləndi - İranın İsrailə cavab verməsi qaçılmazdır, hər kəs hazır olmalıdır...
“Hizbullah" lideri Həsən Nəsrullah bəyan edib ki, İran İsrailin Dəməşqdəki konsulluğuna hücuma cavab verəcək və livanlıları mümkün vəziyyətə qarşı tədbir görməyə çağırıb.
İranın Dəməşqdəki konsulluğuna İsrailin hücumuna Tehranın cavab verməsinin qaçınılmaz olduğunu qeyd edən Nəsrullah deyib ki, İran cavab verdikdən sonra hər kəs özünü hazırlamalı, işlərin necə gedə biləcəyini bilməli və hər ehtimala hazır olmalıdır.
Livanın cənubunda İsrail ordusu ilə qarşıdurmalardan 6 ay keçməsinə baxmayaraq, hələ də əsas güc və silahlarından istifadə etmədiklərini iddia edən Nəsrullah, Livandakı müqavimətçilərin qorxmadığını və hər cür ehtimala hazır olduğunu vurğulayıb.
Nəsrullah İsrailin Livana qarşı hərtərəfli müharibə təhdidləri və təzyiqlərinə baxmayaraq Livan cəbhəsini dayandıra bilmədiyini və Qəzza ilə həmrəyliklərini davam etdirdiklərini bildirib.
TAHİR