KÖHNƏ VERSİYA            

4 kənd məsələsi Ermənistanı qarışdırdı...

Image

Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması hazırda Ermənistanda əsas müzakirə predmeti olaraq qalmaqdadır. Söhbət Bağanis Ayrım, Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara kəndlərindən gedir. 

Ermənistan rəsmiləri açıq mətnlə bildirirlər ki, kəndlər mümkün olduğu qədər qısa müddət ərzində Azərbaycana qaytarılmalıdır. Bu, həm də iki ölkənin sərhədlərin müəyyən edilməsi üçün müvafiq addımlar atmasına imkan verəcək. 

Məsələyə bu prizamadan yanaşan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan qeyd edir ki, delimitasiya və demarkasiyanın məqsədi, bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir: “Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürmək lazımdır”. Ermənistanın baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib: “Bu ərazilərdə elə yerlər var ki, yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır, bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçir, bu da o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”.

Ermənistana daxil olan yollar və ya qaz kəməri marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib: “İş aparılmalıdır ki, nəticədə aydınlaşdıraq: yalnız yol və yalnız qaz kəmərindən söhbət gedir, yoxsa bu, digər infrastruktura da aiddir. Bu iş hələ başlamayıb, müddət də müəyyən edilməyib”.O, artıq bu ərazilərdə alternativ yolların salınması ilə bağlı yayılan məlumatları təkzib edib. Tavuş qubernatoru Hayk Qalumyanın atası, deputat Volodya Qalumyanın erməni mediasına açıqlaması da xüsusi diqqət cəlb edir. O, hətta müəyyən qolların və kəmərlərin Azərbaycanın nəzarətinə keçməsinin də heç bir problem olmadığını bəyan edir: “Kirants ilə bitişik Xeyrimli kəndi də Azərbaycan kəndidir, burada həmişə azərbaycanlılar yaşayıb. O ərazilər Azərbaycan əraziləridir, buna heç bir şübhə yoxdur. Təbii ki, sakinlər bir-birinə yaxın olacaqlar, bu gün əvvəlki münasibətlər yoxdur deyə, bu da insanlarda narahatlıq yaradır. İcevanlı bir erməni kimi mən də bundan narahatam. İndi biz işlər görməliyik, yollar çəkməliyik, sədd olmalıdır, amma mən belə hesab edirəm ki, Azərbaycana azərbaycanlıların olanı verməliyik, bizim olanı götürməliyik”. O bildirib ki, həmin əraziyə gedib insanları silahla sərhədi qorumağa təhrik etmək təxribatdır: “O kəndlərdə silahla döyüşmək, sərhədi qorumaq istəyənlər bir neçə dəqiqə ərzində yer üzündən silinəcək. Kənd yox olacaq, insanlar da. Heç kim bu barədə düşünmək istəmir”. O, “bu halda azərbaycanlılarla burun-buruna yaşayacağıq, bu normaldırmı” sualına belə cavab verib: “Əvvəllər belə yaşamışıq”. Deputat, həmçinin, o kəndlər Azərbaycana qaytarılacağı halda Gürcüstana gedən yolun və qaz kəmərlərinin də Azərbaycan ərazisinə düşəcəyi barədə sualı da eyni qaydada cavablandırıb: “Əvvəllər də belə olub”. Qalumyan deyib ki, Ermənistan hələ döyüşməyə və qalib gəlməyə hazır deyil: “Ona görə də bu gün müharibədən qaçmalıyıq. Ölkəmizi yalnız sülh xilas edə bilər. Azərbaycan da sülh istəyir”.

 Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan da kəndlərin qaytarılmasının zəruri olduğunu bildirib: “Düzdür, bu ərazilərin Azərbaycana verilməsinin problemlər yaratdığını Baş nazir əskiparalılar ilə görüşündə də qeyd edib. Bəli, problemlər yaradır, lakin biz bunu etmək lazım olduğunu düşünürük. Tavusdan heç bir yaşayış məntəqəsi təhvil verilmir. Onlar Tavus vilayətində deyil. Tavus vilayətinin 4 genişləndirilmiş icması var, biz heç bir genişləndirilmiş icmanın inzibati ərazilərindən danışmırıq. Onlar Tavus vilayətində deyil. Ermənistanın inzibati ərazi bölgüsü qanununa əsasən, Tavus vilayətində bu yaşayış məntəqələri daxil olmayan 4 genişləndirilmiş icma var. Burada söhbət tarixi ərazilərdən yox, Ermənistanın BMT tərəfindən hansı ərazi ilə, hansı xəritə ilə, neçə kvadrat kilometrlə tanınmasından gedir”. Jurnalistlərin “Bu güzəştdən sonra bitişik erməni kəndləri Azərbaycanın hədəfinə düşəcək” fikrinə erməni deputat belə cavab verib: “Nə təklif edirsiniz, bizim olmayanı, heç bir qanuni əsaslandırmasına sahib olmadığımızı güzəştə getməyək?”. Amma radikal və revanşist qüvvələr kəndlərin qaytarılmasına qarşı çıxır. Parlamentin “Hayastan” blokundan olan deputat Qarnik Danielyan bu xüsusda qeyd edir: “4 kənd veriləcəyi təqdirdə Azərbaycan bölmələri Ermənistan-Gürcüstan yolu üzərində 5 nöqtədə yerləşəcək. İlk dayanacaq Yuxarı Əskipara kəndidir. 1990-cı illərdə formalaşmış müdafiə xətti tamamilə məhv ediləcək. Ermənistana daxil olan qaz kəməri də Yuxarı Əskipara hissəsindən keçir və Azərbaycan tərəfinin nəzarəti təmin olunarsa, qaz kəməri də Bakının nəzarətinə keçəcək. Əgər bu kənd Azərbaycana verilsə, o zaman kommunikasiya da tələb edəcək. Onu da qeyd edim ki, Bakının tələbləri yerinə yetirilərsə, Azərbaycan bölmələri yolun 5 kəsişmə olan hissəsində yerləşdiriləcək. Bu, İrəvan-Tiflis magistral yoludur. Azərbaycan bölmələri yerləşdirilsə, dövlətlərarası yola xidmət etməyimiz qeyri-mümkün olacaq. Belə olan halda Ermənistan unikal anklav olacaq”. Amma Azərbaycan mövqeyində qətidir və kəndlərin qaytarılmasından başqa alternativ yoxdur.

Samirə SƏFƏROVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

22.11.2024 | 16:15
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

22.11.2024 | 16:10
“Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir” - Vüqar Rəhimzadə

22.11.2024 | 16:07
Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək

22.11.2024 | 15:50
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

22.11.2024 | 15:49
"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"

22.11.2024 | 15:35
ABŞ Ukrayna və müttəfiqlərinə xəbərdarlıq etdi - Rusiya eksperimental silahlardan istifadə edə bilər...

22.11.2024 | 15:30
"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok

22.11.2024 | 15:16
Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…

22.11.2024 | 15:03
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930