“Kuzey Kıprız Türk Cümhuriyyeti ilə Parlamentlər arası işçi qrupun yaradılması tarixi hadisədir. Vaxtilə soyqırımı təhlükəsi ilə üz-üzə qalmış Kipr türkləri böyük türk dünyasının bir parçasıdır və onların bu günkü qeyri- müəyyən statusu bütün türk xalqlarını narahat edən bir məsələdir.” – bu fikirləri öz sosial şəbəkə hesabında Milli Məclisin deputatı, Azərbaycan – Şimali Kipr Türk Cümhuriyyəti parlamenti arasında dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev yazıb.
https://ulusal.az/public/storage/2024/04/media-1-ze1jgnaiby0wk9rp28ox-300x240.jpg 300w" sizes="(max-width: 1024px) 100vw, 1024px" style="border:0px;max-width:100%;height:auto;" class="fr-fil fr-dib">
“Qərb dövlətlərinin Kipr türklərinə ədalətsiz yanaşması nəticəsində yaranmış bu günkü vəziyyətdə hər bir türk dövləti Kuzey Kıprız türklərinə mənəvi- siyasi dəstəyini göstərməli, Şimali Kipr Türk Respublikasının dünya siyasi-iqtisadi sisteminə inteqrasiyasına töhfə verməlidir. Milli Məclis tərəfindən qəbul olunmuş qərarı məhz belə töhfələrdən biri hesab edirəm. Parlamentlər arası işçi qrup xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması üçün səmimi qəlbdən çalışacaq və bu işlərdə öz töhfəsini verməyə çalışacaq. Əminəm ki, işçi qrupumuz Kipr türklərinin müasir tarixi ilə bağlı çox vacib bir zamanda öz üzərinə düşən məsuliyətin öhdəsindən layiqincə gələcək.”- Cavanşir Feyziyev qeyd edib.