İsrail xaricdəki 28 səfirliyinin işini dayandırdı - İran təhlükəsi...
İsrailin hakimiyyət orqanları İrandan gələn təhlükə ilə əlaqədar xarici ölkələrdəki 28 diplomatik missiyasının fəaliyyətini dayandırıb.
Sky news-Arabiya telekanalı xəbər verir ki, Təl-Əviv bu addımı Dəməşqdə İranın konsulluq binasına hücumla bağlı cavab tədbirlərindən ehtiyatlandığı üçün atıb.
Bir müddət öncə İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Daniel Haqari ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Qeyd edək ki, İsrail hərbi hava qüvvələri aprelin 1-də Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına raket zərbəsi endirib. Tehran hadisə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 13 nəfərin öldüyünü təsdiqləyib.
ZÜMRÜD