KÖHNƏ VERSİYA            

Azərbaycan dövlətçiliyinin tarixinə icmal baxış: LİDERsizlikdən doğan faciələr və LİDERlərin yaşatdığı Zəfərlər...

Image

 Tarix sübut edib ki, dövlətlərin təşəkkülü, formalaşması, yüksəlişi və çox hallarda çöküşü bir sıra obyektiv və subyektiv amillərdən asılı olur. Bu həqiqət yüz illərlə davam etmiş qüdrətli dövlətlərin də, bir neçə on illər yaşaya bilmiş dövlətlərin də taleyində eyni təsirli rolu oynayıb. Dövlətin yarandığı tarixi şərait, regional münasibətlər, dövlətçilik üçün əsas məsuliyyəti daşıyan xalqın pasionarlıq gücü, dövlətçiliyin əhatə etdiyi coğrafiyada mümkün qədər çoxsaylı etnos və millətləri, dini və təriqət icmalarını birləşdirmək və sair həlledici rol oynayıb. Lakin məsələ tək bunlarla yekunlaşmır. Tarixi nümunələr bunu da sübut edir ki, hətta göstərdiyimiz faktorların mövcudluğu şəraitində belə, güclü LİDER faktoruna söykənməyən xalqların dövlət quruculuğu prosesi uğurla davam edə bilmir. Bəzən uğurlu başlanmış bir dövlət quruculuğu prosesi sonrakı mərhələlərdə zəruri komponentlərin itirilməsi nəticəsində dövlətçiliyin dağılmasına, hətta labüd şəkildə məhv olmasına gətirib çıxarır. Hətta eyni dövlətin qüdrətli LİDER şəxsiyyətlərinə söykənən ayrı-ayrı mərhələləri arasında çox böyük keyfiyyət fərqlərini görmək mümkündür. Müdrik Çin filosofu Konfutsidən "zəngin xəzinə, ordu və qüdrətli sərkərdə kimi 3 faktordan hansı biri olmasa, dövlət öz mövcudluğunu və yaşamını davam etdirə bilər" deyə sual ediblər. Filosof "zəngin xəzinə olmasa da ötürmək olar" deyib. Bəs "ordu və bacarıqlı sərkərdə kimi 2 faktordan hansı biri olmasa, dövlət yaşaya bilər" soruşduqda isə böyük filosofun cavabı belə olub : "Ordu olmasa, yenə dövlət yaşaya bilər. Təki mahir sərkərdəsini itirməsin"...

 İbrətamiz deyilmi? Ordunu da, zəngin xəzinəni və iqtisadi sərvətləri də itirmək olar, fəqət qüdrətli LİDERdən məhrum olmuş xalq dövlətçiliyini nə zəifləməkdən, nə də məhv olub getməkdən heç bir halda xilas edə bilməz.

 Konfutsinin azı 2500 il əvvəl təqdim etdiyi dahiyanə dövlətçilik formulunu istənilən xalq öz dövlətçilik tarixinə şamil edərək onu bir daha sınaya bilər. Parlaq, xarizmatik LİDER yoxdursa dövlət qurulsa da, güclənə, uzun dövrlər üçün sabit inkişaf yoluna çıxa bilməz.

 Marksizm-leninizm ideologiyası 100 illik dövr ərzində "tarixi yalnız proletariatın aparıcılığı altında xalqlar yaradır" ideyasını şüurlara yeritməklə şəxsiyyətlərin və LİDERlərin mütləq yaradıcı rolunu nə qədər arxa plana keçirməyə çalışsa da, sonda Konfutsinin ölməz dövlətçilik formulunu məğlub etmək mümkün olmadı və "aparıcı LİDER" nəzəriyyəsi qalib gəldi. Kommunizmin ideoloqları “Marksdan, Engelsdən, Lenindən başqa həlledici LİDER şəxsiyyətləri bir daha yetişə bilməz" hökmünü qəbul etdirmək xatirinə xalqları çətin zamanlarda özünə xilasedici LİDER axtarmaq haqqından məhrum etməyə çalışdılar. Yenə də uğursuz oldular. Çünki istənilən bir xalqın nümunəsində güclü dövlət quruculuğunun yalnız səriştəli LİDERin sayəsində mümkünlüyünü tarix çoxdan sübut edib.

 Azərbaycan dövlətçilik tarixinin LİDERli və lidersizlik dövrlərinin fərqini və nələrə gətirib çıxardığını aydın görmək mümkündür.

 Çox da qədimlərə getməyək. İslamın erkən yayıldığı dövrlərdən başlayaraq Azərbaycanın da daxil olduğu coğrafiyada dövlətlərin və xüsusilə güclü dövlətlərin təşəkkülü və inkişaf tarixlərinin əslində LİDERlərin tarixindən ibarət olduğunu görməkdəyik.

 Ərəb işğallarından sonra yaranmış dövlətlərimizin müxtəlif şəxsiyyətlərlə bağlı olduğu danılmazdır. Sonrakı mərhələlərdə Orta Şərqdə bir-birlərini növbə ilə əvəzləmiş Qaraxanilər, Səlcuqlar, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin tarixinə eyni məntiqlə yanaşmalıyıq! Güclü LİDERlər dövləti qurdular, əsl LİDERlər zəif şəxslərlə əvəz olunduqca, bir zamanların qüdrətli dövlətləri sayılmış qurumlar tarixi səhnəni tərk etdilər. Orta əsrlər tariximizin güclü dövlətləri sayılan Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların taleyi məhz bu formul üzərində qurulmuşdu.

 Səfəvilər Şah İsmayılın sərkərdəlik mahiyyəti sayəsində Hindistana kimi böyük əraziləri bir dövlətdə birləşdirə bilsələr də, sonrakı mərhələlərdə məhz zəruri LİDER faktorunun sıradan çıxması öz mənfi təsirlərini göstərdi. Regionda yeni güclərin sürətlə yetişməsi təhlükəsinə lazımı dəyər verilmədi, Şah İsmayılın öz dövründə uğurla apara bildiyi vahid dini ideoloji siyasət məhz güclü LİDER şəxsiyyətinin yoxluğu üzündən çat verməyə başladı, qonşularla münasibətlər pozuldu, daxildə təlatümlər başladı, nəhayət xaricdən hərbi müdaxilələr dəfedilməz hala gəldi. Nəticə isə məlum - Səfəvilər süquta uğradılar. Əfşarlar dövləti də daxildə vacib olan birliyi və mütəşəkkilliyi təmin edə bilmədiyinə görə çox qısa müddətə uğurlu ola bildi. Eyni taleyi məşhur Qacarlar dövləti də yaşadı. Daxili güc faktorlarını sonadək uğurla səfərbər edə bilmədilər, regiondakı yad siyasi ambisiyaları lazımınca dəyərləndirə bilmədikləri üçün Rusiya ilə toqquşdular, nəticədə "ikiyə bölünmüş Azərbaycan" kimi acı reallığa gəlib çıxdılar. Bölünməyimizə söykənən faciələrimiz bu gün də davam edir…

 Dövlətçilik tarixlərimizin indiyə qədərki dövrlərinin təhlilinin ortaya qoyduğu inkaredilməz bir həqiqət də budur ki, LİDER boşluqlarının yaşandığı dövrlərinəsadlarını sonrakı mərhələlərdə düzəltmək qeyri-mümkün olurdu. Nə vaxtsa, kimlərinsə ucbatından itirilmiş torpaqların geri qaytarılmasının çətinliyi və bəzi hallarda hətta mümkünsüzlüyü Azərbaycan xalqına az müsibətlər yaşatmadı. Onu da deyək ki, tariximizin qabarıq təzahürlərindən biri də əvvəlki rəhbərlərin buraxdıqları səhvlərin ağırlığının sonrakı LİDERlərin çiyninə düşməsidir. Bəzən daha əvvəlki dövrlərdə buraxılmış dövlətçilik səhvləri elə bir miqyasda özünü göstərib ki, sonrakı dövrün ən güclü LİDERləri üçün onu tam həll etmək müşkülə dönüb. Məsələn, XX əsrin əvvəllərində İrəvan şəhərimizin ermənilərə verilməsi kimi... Başa düşmək lazımdır ki, İrəvanın hədiyyə edilməsi həmin tarixi şəraitdə çıxılmazlığın yox, məhz səriştəsizliyin nəticəsi olmuşdur...

 Bu barədə az sonra detallarla danışacağıq.

 Hələliksə onu deməklə kifayətlənək ki, dövlətçilik tariximizdə buraxılmış səhvlərə görə həmin dövrün liderlərini məsuliyyətdən sığortalamaq kimi tendensiyaların ziyanlı olduğunu cəsarətlə etiraf etməliyik. Hər bir lider, ya rəhbər düşdüyü dövrün çətinliklərini əsas tutaraq "mən bu güzəştə getməyə məcbur idim" deyə özünə haqq qazandırsa, ya bunu onun əvəzindən hansısa siyasi maraqlarla bizlər etməyə çalışsaq, dövlətçiliyimiz gözlər önündə əriyib gedə bilər... Qısa desək, tariximizdə taleyüklü səhvlər buraxmış liderlər də məsuliyyətdən kənarda tutula bilməz...

 Əsl liderlər özündən sonra xalqına problem miras edənlər yox, onu mövcud problemlərin yükündən azad edənlərdir....

 Formal əlamətlərlə yanaşanda, tariximizin əziz dəyərlərindən biri kimi qəbul etdiyimiz 1918-ci ilin Demokratik Cümhuriyyətin heç bir qüsuru sanki yox idi, hər nə etdisə, dövlətçiliyimiz naminə etdi, buraxdığı səhvlər və getdiyi güzəştlər isə sanki dövrün qaçılmazlıqları imiş. Lakin formal yanaşma görüntülərindən köklü şəkildə fərqlənən mahiyyətlər var… Diqqət yetirək.

 Bəs Cümhuriyyət rəhbərlərinin daxildə lazımı sabitliyi və intizamı yarada bilməməsini, 2 ildə 5 dəfə hökumət dəyişmələrənin gətirdiyi daxili xaosu, hansısa mifik ideologiyanın təsirinə uymuş daxildəki milli satqınların zamanında zərərsizləşdirilməməsini kimin ayağına yazmalıyıq? Bunlara necə haqq qazandırmaq olar? Axı bu səhvlərin müstəqil dövlət quruculuğuna vurduğu ziyanlar misilsiz oldu…

 Tarixi şəhərimiz olan İrəvanı bu gün geriyə qaytarmağın hansı şərtlər daxilində mümkün ola biləcəyini təsəvvür etmək çox mürəkkəbdir. Halbuki liderlik statusunu o zamanlar üstünə götürənlərin ucbatından belə mürəkkəb düşüncələri bizlər yaşamağa məhkum edilmişik. Çətinə düşən kimi, əraziləri güzəştə getmək çıxış yolu deyil axı... Dövrün çətinliklərini əsas tutaraq Cümhuriyyət rəhbərlərinin İrəvanı güzəştə getmələrinə haqq qazandırmaq istəyənlərin günahı və məsuliyyəti heç də onlardan az deyil. XX əsrin əvvəllərindəki prosesləri dərindən təhlil edəndə, İrəvanı güzəştə getməyin guya qaçılmaz olduğuna haqq vermək olmur. Bolşevik ideologiyası önündə duruş gətirə bilən bir ideologiya yaradılmadı, əhali müstəqillik ideyası ətrafında sıx birləşdirilmədi, sona qədər vəziyyəti təhlil edərək ərazi güzəştinin yolverilməzliyi başa düşülmədi. Bu qədər səhvlərə yol vermiş Cümhuriyyət liderlərinin bir neçəsi isə ən sonda ölkəni tərk edərək mühacirətə yollandılar.

 Müstəqil Demokratik Cümhuriyyəti elan edənlər böyük tarixi iş gördülər, lakin onun dövlət kimi qura bilmədilər. Başda Məmməd Əmin Rəsulzadə olmaqla Cümhuriyyət liderlərinin yaşanmışlara görə məsuliyyətlərinə dəqiq və obyektiv qiymət verilməsi həm tarixilik baxımından gərəklidir, həm də gələcəkdə xalqa liderlik etmək iddiasında olanlara xəbərdarlıq nümunəsi kimi dəyərlidir... Hər çətinlik ərazi güzəştinə haqq qazandırmır. Məhz Batum danışıqları nəticəsində İrəvanın Ermənistana paytaxt kimi güzəşt edilməsi təkcə həmin ərazidə Ermənistan adlı dövlətin yaradılması ilə yekunlaşmadı, xalqımızın sonrakı daha böyük faciələrinə əsas yaratdı və erməniləri yeni ekspansiyalara təşviq etdi.

 Qərbi Zəngəzur, Dərələyəz, Göyçə və başqa yerlər belə itirildi. Nəhayət, yalnız 100 il sonra həll etdiyimiz Qarabağ faciəsi, Xocalı kimi genosid hadisələri, etnik təmizləmələr yaşandı və son nəfərinədək azərbaycanlılar ata-baba torpaqları olan Qərbi Azərbaycandan qovuldular. Cümhuriyyət liderlərinin bir tarixi səhvinin bir neçə nəsil sonra azərbaycanlılara yaşatdığı ağır faciələrin qısa mənzərəsi bunlardı.

 Güclü LİDERin xilaskarlıq missiyasının təntənəsi ilk olaraq və ən parlaq səviyyədə ötən əsrin 60-cı illərində sovet Azərbaycanında hakimiyyətə gəlmiş Heydər Əliyevin nümunəsində özünü göstərdi. Cümhuriyyət liderlərinin İrəvanı güzəşt etməsinin ardınca hətta sovet dönəmində belə davam etdirilən ərazi itkiləri prosesini yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi dayandırdı. Təəssüf ki, bu vaxta qədər sovet Azərbaycanının məhz LİDER boşluğu yaşaması üzündən Mehri, Nüvədi, Qazaxın kəndləri və digər yerlər itirilmiş, 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan deportasiya edilmişdi...

 Azərbaycan dövlətçiliyi tarixində xalqın sahibsizliyindən doğan fəlakətlərin yeni mərhələsi erməni mafiyasının əli ilə Heydər Əliyevin sovet hakimiyyətindən uzaqlaşdılmasından sonra başladı... Xaricdən müəyyən qüvvələrin və Kreml hakimiyyətinin dəstəyi ilə başladılmış anti-Azərbaycan qəsbkarlıq siyasəti nəticəsində Qarabağ Azərbaycandan müvəqqəti qoparılanda əksər insanlar anladılar ki, zaman Ə.Vəzirov, A.Mütəllibov kimi fəhmsiz və milli mənafe qaynaqlarından məhrum düşüncə tərzi ilə gedən rəhbərlərin zamanı deyil. Millət, cəmiyyət oyanmağa başladı, lakin hərəkatçılıq eyforiyasına uymuş kütlələr yaranmış yeni şəraitdə Heydər Əliyevin siyasi yoluna atılmış daşları təmizləmədi və bir qrup təcrübəsiz, səriştəsiz və avantürist hərəkat kadrlarının hakimiyyəti zəbt etməsinin fərqinə vara bilmədi... Bunlar dərk olunanda isə artıq iş-işdən keçmişdi və baş verən olaylar sonradan Heydər Əliyev kimi qurucu LİDERin həyata keçirdiyi milli dövlət quruculuğu yollarında yalnız maneə rolunu oynadılar...

 AXC-Müsavat güruhunu hakimiyyətə gətirmiş kütləvi eyforiya tez bir zamanda sönməyə başladı, Ermənistanın təcavüzü və ərazi itkiləri dərinləşdi, gənc dövlət hələ qurulmamış məhv olmaq həddinə gəldi, daxildə xaos başladı, regional və qlobal geosiyasətin reallıqlarına eyforik və xəyalpərəst yanaşmalar tüğyan etdi, əhali dərin ehtiyacın girdabına düşdü, xarici siyasət nəinki konseptual ifadəsini tapmadı, əksinə, anti-Rusiya və anti-İran ritorikası üstündə qurularaq bəsit özfəaliyyət halına salındı, qardaş Türkiyə ilə məzmunlu və hərtərəfli işlənmiş ittifaq yaratmaq əvəzinə şeriyyət və şüarçılıq ovqatına köklənmiş emosional təmaslarla kifayətlənildi. Əbülfəz Elçibəy dövlət idarəçiliyində təcrübəsizlik və hazırlıqsızlıq üzündən liderlik nümunəsi yarada bilmədi və yarada da bilməzdi. Nəticədə özünün səriştəsizliyi nəticəsində çevrəsindəki satqınların oyunlarından və AXC-Müsavat güruhunun girovluğundan uzağa gedə bilməyən, faydasından qat-qat ziyanlı rol oynayan uğursuz dövlət başçısı nümunəsi yaratdı... Ən nəhayətində, hesablamadığı yükün məsuliyyətini sona qədər dərk etmədən hakimiyyəti əlinə götürdüyü kimi, onu həmin məsuliyyətsizliklə də ataraq prezident sarayından əyalət kəndinə qaçdı... Xalqdan aldığı əmanəti ölüm sonluğuna qədər qorumaq nümunəsi təəssüf ki, yarada bilmədi...

 Əsrin əvvəllərində LİDERsizliyin ucbatından yaşanmış faciələr əsrin sonlarında özünü yeni formalarda göstərdi...

 Xalqın dəstəyi ilə bu mərhələni də adlamaq Heydər Əliyevin taleyinə yazılmışdı... 1993-cü ildən başlayaraq qısa müddətdə dövlət idarəetmə institutlarının, daxili siyasətin və diplomatiyanın ölkəmizə ən uyğun modelini yaratmaq onun dahiyanə tapıntısı kimi özünü doğrultdu. Xalq həmin xalq idi, ərazi həmin coğrafiya idi, problemlər bir az daha kəskinləşmişdi... Dünənə qədər ağız deyəni qulaqların eşitmədiyi, iğtişaşlar içində itib-batan ölkənin mənzərəsi sürətlə dəyişməyə başlamışdı. Çünki Prezident o prezident deyildi, böyük xarizması və səriştəsi var idi, xalq onu ən ekstremal vəziyyətlərin "siyasi düzən ustası” kimi tanıyır və ona inanırdı... 1988-ci ildən davam edən erməni işğalı dayandırıldı, itirilmiş ərazilərin qaytarılması üçün gələcək siyasi, hərbi və diplomatik savaşların ciddi modelləri üzərində hazırlıqlar başladı...

 Buna görə XX əsrin əvvəllərində Cümhuriyyət qurucuları, əsrin sonlarında isə Azərbaycana rəhbərlik etmiş şəxslərlə ulu öndər Heydər Əliyevin müqayisəsi həm də qırmızı xətlə keçən mühüm bir reallıq müstəvisində aparıla bilər. Söhbət siyasi təcrübədən getmir, məsələnin daha çox insani faktor, şəxsi keyfiyyətlər və xüsusiyyətlər kontekstində qiymətləndirilməsi zərurəti vardır. Ötən əsrin əvvəllərində gənc dövlətimiz həyati təhlükə ilə üzləşərkən, Məmmədəmin Rəsulzadə dövləti də, xalqı da taleyin ümidinə buraxıb Almaniyaya üz tutmaqdan başqa çıxış yolu tapmadı. Əsrin sonunda Azərbaycan dövləti və xalqı ölüm-qalım dilemması qarşısında qalanda, xalqın güclü bir liderə ehtiyacı yarananda da Ə.Vəzirov və A.Mütəllibov Moskvaya, Ə.Elçibəy isə Naxçıvanın Kələki kəndinə qaçdılar. Onlar dövləti və xalqı başsız qoyub öz həyatlarını sığortaya aldılar. Heydər Əliyev isə Azərbaycanın ən məşəqqətli dönəmində onu gözləyən həyati təhlükəni göz ardına alıb Bakıya gəldi, Bakıda da oturmayıb üsyançı Gəncəyə getdi. Xalqını və dövlətini sevən bir şəxsiyyət, Böyük Lider olaraq, ölümün gözünün içinə baxa-baxa xalqını da, dövlətini də məhv olmaq təhlükəsindən xilas etdi, cəmi 10 ilə Azərbaycanı müstəqil inkişaf yoluna çıxartmağı məharətlə bacardı. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də o oldu ki, müstəqil dövlətçilik tariximizin ən güclü Zirvəsini fəth edə və başlanmış işi uğurla yekunlaşdıra biləcək LİDERi yetişdirdi.

 Azərbaycan dövlətçiliyinin yenidən və tarixdə görünməmiş ən güclü səviyyədə təşəkkül tapması yolunda əsl LİDERin nə qədər önəmli olduğunu görmək, göstərmək üçün Azərbaycana İlham Əliyevi bir şans kimi verdi... Tarixlər boyunca ərazilərini yalnız itirməyin acısını yaşamış Azərbaycan xalqı son 200 ilin ərzində ərazi qaytarmağın milli qürurunu yaşadı. Mütləq əksəriyyət insanlara mümkünsüz görünən Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ilk dəfə tam bərpa olunmasına gətirib çıxardı... İlham Əliyevin gətirdiyi nöqtədə Azərbaycanın dünyaya sübut etdiyi və göstərdiyi ən böyük həqiqət və reallıq budur - müstəqil, güclü dövlət xalqın birliyini həlledici siyasi faktora çevirə bilən GÜCLÜ LİDERin sayəsində mümkündür....

 Aydın Quliyev

APA 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031