Evlərdən 15 min manatlıq qızıl əşyaları oğurlayan keçmiş məhkum yaxalanıb
Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən 15 min manatlıq qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov saxlanılıb. Araşdırma aparılır.
Mətləb Salahov