Serbiyada media işçiləri tətilə başladı
Avropada tətil və etirazlar sırası Serbiyaya çatıb. Serbiyanın şimalındakı Novi Sad şəhərində radio-televiziya işçiləri daha yüksək əməkhaqqı tələbi ilə tətil ediblər. RTV radio-televiziya şirkətinin işçiləri media evinin binası qarşısında bir saatlıq xəbərdarlıq tətili və etiraz aksiyası keçirib. Aksiya iştirakçıları maaşların artırılması və iş şəraitlərinin yeni sistemə keçirməsi tələbi ilə bu addımı atıblar.
Aksiyada üç media birliyinin - “Nezavisnost”, “Samostalni” və Peşə Birliyinin üzvləri iştirak edib.
Mətləb