KÖHNƏ VERSİYA            

Sərhəd və 4 kəndlə bağlı Ermənistan hakimiyyətində ziddiyyətlər dərinləşir...

Image

Ermənistan baş nazirinin müavini, bu ölkənin delimitasiya komissiyasının sədri Mher Qriqoryan, Azərbaycanla sərhədin demarkasiyasının Tavuş mərzindən başlanması da daxil, delimitasiya ilə bağlı bir sıra məsələlər barədə hələ də qərar qəbul edilmədiyini bildirib. Halbuki, baş nazir Nikol Paşinyan təxminən üç həftə bundan əvvəl delimitasiya prosesinin artıq praktik mərhələsinin başlandığını bəyan etmişdi.

Bütün bunlarla bağlı “Azatutyun” radiosu bildirir ki, Qriqoryanın ofisindən verilən məlumata görə, komissiyaların delimitasiya prosesinin praktik mərhələsinə başlaması, prosesin məhz Ermənistanın Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş mərzindən başlanması, Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması kimi məsələlər üzrə hələ ki, qərarlar qəbul edilməyib. Bununla belə, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan  parlamentdə keçirilən brifinqdə deyib ki, Bakı demarkasiyanın “şimaldan” başlanmasını təklif edib. Xaçatryan iddia edib ki, sərhədin şimal hissəsində delimitasiya prosesi artıq başlanıb və bu proses, nəyin bahasına olursa-olsun, davam etdirilməlidir. Beləliklə, Ermənistanın icra hakimiyyəti sərhədin müəyyənləşməsi istiqamətində addım atılmadığını bildirir, amma qanunverici orqan prosesə artıq başlandığını bəyan edir. Bu isə erməni tərəfində yenə xaotik vəziyyətin hökm sürdüyünü göstərir. Bu vəziyyətdə Azərbaycanın tələb etdiyi 4 kəndin Bakıya qaytarılmasından qonşu erməni əhalinin narazılığına gəlincə isə, Xaçatryan bəyan edib: “Sizin bu kəndlərin xəritə üzərində Azərbaycana məxsus olmasına şübhəniz var? Azərbaycan ərazisi olan torpaqlar Azərbaycana qaytarılmalıdır”. Qeyd edək ki, Azərbaycanın martın 9-da sözügedən dörd kəndin dərhal qaytarılmasına dair tələbindən delimitasiya komissiyalarının son görüşündə bunun əsas mövzu olduğu məlum olurdu. Həm də parlamentin müdafiə komissiyasının sədr müavini olan Xaçatryan təsdiqləyib ki, Azərbaycan tərəfi delimitasiyaya şimaldan başlamağı təklif edib. Jurnalistlərin “niyə məhz Tavuş mərzindən” sualına cavab olaraq Xaçatryan bu sualı prezident İlham Əliyevə verməyi məsləhət görüb. Xatırladaq ki, baş nazir Nikol Paşinyan iki həftə bundan əvvəl Tavuş mərzinə səfər etmiş və orada yerli sakinlərə 4 kəndin qaytarılmalı olduğunu, əks halda müharibə ola biləcəyini demişdi. Armen Xaçatryan da müddəaları təkrar edib və bildirib ki, delimitasiyaya başlanması müharibənin mümkünlüyü ehtimalını azaldır: “Pozitiv bir hadisə baş verib. Qərara alınıb ki, delimitasiya, daha doğrusu delimitasiyaya dair danışıqlara start verilsin. Azərbaycan bu prosesə sərhədin şimal hissəsindən başlanmasını təklif edib. Bəli, biz də prosesə oradan başlamışıq. İndi şimal sərhədindən gəlirik. Oradakı problematik məsələlər həll olunur”. Azərbaycanın bu dörd kəndi geri aldıqdan sonra delimitasiyanı davam etdirib-etdirməyəcəyinə dair suala cavab olaraq Armen Xaçatryan deyib ki, qeyri-müəyyən heç nə yoxdur, proses artıq başlanıb və nəyin bahasına olursa-olsun, davam etdirilməlidir.

“Vətəndaş müqaviləsi” partiyasından digər deputat Ovik Ağazaryanın da məsələyə münasibəti maraqlıdır: “Tavuş torpaqlarını heç kim vermir, müstəqil Azərbaycanın ərazi bütövlüyünə daxil olan keçmiş Azərbaycan SSR-ə məxsus yaşayış məntəqələri geri qaytarılır. O, Nikol Paşinyanın Tavuşda kəndləri qaytarmayacaqları təqdirdə müharibə olacağı barədə xəbərdarlığını da xatırladıb və yalnız Azərbaycan tərəfdən hücuma məruz qalmayacaqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və hərbi sazişi var. Bu sazişə görə isə Azərbaycana hərbi təhdid olarsa, Türkiyə də savaşa girəcək. Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək, Ermənistan 4 kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib. Halbuki, nə Azərbaycan, nə də Türkiyənin Ermənistana hücumla bağlı hər hansı iddiası yoxdur. Azərbaycan sadəcə işğal altındakı kəndlərinin qaytarılmasını tələb edir. Burada onu da qeyd edək ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-ın, Fransanın, Avropa İttifaqının təsiri altındadır. Adıçəkilən oyunçuların hər biri İrəvana təzyiq göstərərək öz maraqlarını təmin etməyə çalışır. Onların bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı təsir güclərini artırmağa çalışır və bunun üçün gərginliyin qorunmasına səy göstərirlər. Ermənistan isə lazımi siyasəti ortaya qoya bilməyərək kənar güclərin təhrikinə məruz qalır. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Sərhədin müəyyən edilməsinə bu faktor da əngəl olur.  Azərbaycan konkret olaraq öz qətiyyətli xəbərdarlığını edib. Ona görə də bu 4 kəndi geri qaytarmaqda qərarlı görsənir. Əgər bu torpaqlar Ermənsitan tərəfindən qaytarılmasa, Azərbaycan hərbi əməliyyatlar həyata keçirib istəyinə nail ola bilər. Amma ölkəmiz bunu sülh yolu ilə etmək istəyir. Xatırladaq ki, Qazaxa bitişik 4 kənddə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyan onu da bilməlidir ki, 4 kəndin qaytarılması ilə bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır.

 

Samirə SƏFƏROVA

 

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031