KÖHNƏ VERSİYA            

Rusiya Ukraynadakı kimi ləngiyir - Qərb Ermənistanı regional müharibə ocağına çevirir...

Image

Qərbin əli ilə Ermənistan bu gün Cənubi Qafqazda daha çox təhdid mənbəyinə çevrilir. Özü də bu təhdid təkcə Azərbaycana yox, həm də Rusiyaya qarşı yönəlib.  ABŞ və Avropa İttifaqının Ermənistanı necə təhlükə mənbəyinə çevirməsinin detalları prezident İlham Əliyev tərəfindən  ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində detallı şəkildə izah edilib.

Dövlət başçısı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Bundan əlavə, prezident İlham Əliyev anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Belə ki, prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinkenlə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Qeyd edib ki, onun qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Bu gərginlik regionda Rusiya-Qərb qarşıdurması fonunda da özünü büruzə verəcək. Ekspertlər də hesab edirlər ki, ABŞ və Avropa İttifaqı liderlərinin Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, ilk növbədə, Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa yönəlmiş bir addımdır. Ümumiyyətlə, Brüssel görüşündə Ermənistanın Rusiyanın tabeliyindən çıxarılması prosesi diqqət mərkəzində olacaq. Təcrübə göstərir ki, Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tiflis onların oyunlarını dərk edir. Amma Ermənistanla bağlı vəziyyət fərqlidir. Elə bundan istifadə etməyə çalışan Qərb, Ukraynada olduğu kimi, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa çalışır. İrəvan da bu durumdan istifadə etmək istəyir. Rusiyanın dəstəyi ilə yaranan, uzun bir dövrdə Moskvanın buyruq qulu olan Ermənistan artıq ağasını dəyimək qərarına gəlib. Qərb Cənubi Qafqazı öz caynağına keçirmək üçün Ermənistana süni nəfəs verir və onu yeni müharibəyə sövq edir. Elə Qərbdə də indi gizlətmirlər ki, Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün tramplin kimi baxırlar. Bunun üçün Ermənistandan istifadə olduqca asandır. Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkəsinin təhlükəsizliyinin Rusiyadan asılı hala salınmasını strateji səhv adlandırır. Qərb başa düşür ki, Rusiyanın Cənubi Qafqazda zəifləməsi Ermənistandakı mövqelərinin sıradan çıxması ilə mümkün ola bilər. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir. Bu halda zəif halqa Ermənistandır. Deməli, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə üçün də ideal məkan Ermənistandır. 

Bütün bunları Rusiyada da yaxşı sezirlər. Təbii ki, Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Lakin o da faktdır ki, Kreml üçün vaxt getdikcə tükənir. Hər halda, bunu Ukrayna təcrübəsi də sübut edir. Xatırladaq ki,  Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə bu ölkəni itirdi və indiki vəziyyətə düşməli oldu. Eyni səhvin Ermənistanda təkrarlanması Rusiyaya baha başa gələ bilər. Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların mahiyyətini müəyyən edəcək. İndilikdə görünən odur ki, Qərb Rusiyanı Ermənistana qarşı aqressiyaya təhrik edir.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Qərb aktuallığını nümayiş etdirmək üçün anti-Rusiya isteriyasını qızışdırır, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırır, Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırır. Zaxarova Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Argentina mediasına müshaibəsində “Rusiya və Ermənistan fərqli-fərqli dillərdə danışır” açıqlamasını şərh edərkən də maraqlı nüanslara toxunub: “Həqiqətdən də istehza etməyim gəlir. Mənə elə gəlir, bunu etməyə dəyməz. Mən də dillərlə bağlı sözlərlə oynaya bilərəm. Ona görə ki, belə insanlar Ermənistanı dalana sürükləyirlər. Başa düşürsüz məsələ nədir? Mirzoyan müsahibəsində Ermənistanın Rusiya ilə diplomatik münasibətlərini kəsməsinin mümkünlüyü ilə bağlı suala cavab verib. Bildirib ki, gələcəyi proqnozlaşdıra bilməz. Qəribədir. Adətən, hakimiyyətdə olan siyasətçilər sadəcə gələcəyi proqnozlaşdırmırlar, onlar gələcəyi yaradırlar. Onlar tendensiyaları proqnozlaşdıra bilərlər, deyə bilərlər ki, neqativ ssenarilərin reallaşmaması üçün hər şeyi edəcəklər. Cənab Mirzoyanın isə dediklərini eşitmək üzücüdür”. Zaxarova Mirzoyanın həmin müsahibədə “İrəvanın hazırda əsas tərəfdaşları ABŞ və Avropa İttifaqıdır” bəyanatına da münasibət bildirib: “Soruşmaq olar indi, yəni nə vaxt? 2024-cü ilin mart, aprel ayları? Buna kimi, bundan sonra tarix bununla bitir bəyəm?! Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan Avrasiya İttifaqının, KTMT və MDB-nin üzvüdür. O ki qaldı Avrasiya İttifaqına və MDB-yə, Ermənistan bu əməkdaşlıqda maliyyə, iqtisadi gəlirlər əldə edir. Bir müddət əvvəl Ermənistan rəhbərliyi ən yüksək səviyyədə bəyan etmişdi ki, bu strukturlar ölkənin təhlükəsizliyi, iqtisadiyyatının inkişafı və Cənubi Qafqazda təcrid olunmaması üçün prinsipial dərəcədə vacibdir. Bu unudulub? Bu artıq həqiqət deyil? Nə vaxt aldatdınız? Onda, ya indi? Bu nə 180 dərəcə dönüşdür belə?”. Hələlik isə bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir.  Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əminamanlığa qarşı çıxır. Brüsselin “missiya oyunu” da bu planın tərkib hissəsidir. Missiya üzvlərinin sayının artırılması təşəbbüsünün, Rusiyaya qarşı ittihamların hədəfi bəllidir: bölgəni Ukraynaya, Suriyaya çevirmək. Artıq bu istiqamətdə plan işə düşüb. Sadəcə, buna vaxtında reaksiya vermədiyi halda Rusiyanın Ermənistanı da itirməsi mümkündür. Kreml artıq sözdən hərəkətə keçməlidir. Əks halda Ermənistanı da itirəcək. Burada Azərbaycanı maraqlandıran əsas məsələ isə regionun geosiyasi və hərbi qarşıdurmalar məkanına çevrilməməsidir. Çünki bu hal regionda ciddi təhdid yaradır və bölgənin lider ölkəsi olaraq Azərbaycanın da maraqlarına ziddir. Bakı məhz buna qarşı mübarizə aparır. 

Qərb Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib. Özü də konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verə bilər. Amma Qərbin dəstəyi ilə Ermənistanın bundan vaz keçməsi də gözləniləndir. Eyni şeyi sərhəd barədə də demək olar. Azərbaycan məhz bütün bunlardan narazıdır.

Tahir TAĞIYEV

 

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031