Fransada keçmiş Baş nazirə qarşı ittiham qaldırıldı
Fransanın Havr şəhər bələdiyyəsinin binasında axtarış aparılıb. “Le Matin” saytının yazdığına görə, prokurorluğun həyata keçirdiyi axtarışda məqsəd bələdiyyənin hazırki sədri, keçmiş Baş nazir Eduard Filipin fəaliyyətini yoxlamaqdır.
Keçmiş hökumət başçısı barədə təhqiqat əməkdaşlardan birinin şikayəti əsasında başlanılıb. Eduard Filip nüfuz alveri, büdcə vəsaitini mənimsəmə və mənəvi zorakılıqda ittiham edilir.
Mətləb