Ukrayna Rusiyaya böyük zərbə vurmağa hazırlaşır – Krım körpüsü yerlə bir ediləcək, tarix də açıqladılar...
Rusiya lideri Vladimir Putinin ən prestijli layihəsi olan Kerç boğazı körpüsü ukraynalılar arasında Kremlin hücumunu simvolizə edən “nifrət körpüsü” kimi tanınır. İki ölkə arasında müharibənin 8-ci ayında, Putinin 70 illik yubileyindən bir gün sonra səhər saatlarında Ukrayna körpüyə ilk zərbəni endirib. Partlayış nəticəsində körpünün bir hissəsi Qara dəniz sularına qərq olub, qatarların keçdiyi hissədə güclü yanğın başlayıb.
Ukraynalıların Krım körpüsünü hədəf alması Putini ciddi taktiki dəyişiklik etməyə sövq edib. Rusiya ordusu 2022-ci il oktyabrın 8-dən başlayaraq aylar ərzində Ukraynanın kritik infrastruktur və enerji obyektlərini uzaqmənzilli raketlərlə vurmağa başlayıb.
Ukrayna da son aylarda Kerç körpüsünə yenidən dron hücumlarına başlayıb. Ukraynanın son İHA hücumlarına və iki gün əvvəl sərhəddən təxminən 700 kilometr aralıda PUA istehsal edən zavodu vurduğuna diqqət çəkən “Guardian” qəzeti yaya qədər Kerç körpüsünün dağıdılacağını yazıb. Ukrayna hərbi qüvvələri qəzetə bildiriblər ki, Kerç körpüsünün dağılması qaçılmazdır. İlin birinci yarısının sonuna qədər hücumu gerçəkləşdirəcəklərini iddia edən mənbə, bunun üçün iyun ayına işarə edib. Hərbi mənbələr hücumun PUA-lar və pilotsuz dəniz nəqliyyat vasitələri ilə həyata keçiriləcəyini iddia ediblər.
Kerç körpüsü Rusiya ilə Krımı birləşdirən yeganə körpüdür və Ukrayna hətta Krımı geri almaqla müharibəyə son qoymağı planlaşdırır. O da qeyd edilir ki, Rusiya körpünü qorumaq üçün geniş tədbirlər görüb. Körpü partladılaraq sıradan çıxarılarsa, Moskva Ukraynaya qurudan hərbi ləvazimatlar çatdırmaq məcburiyyətində qalacaq, bu vəziyyətdə isə açıq hədəfə çevriləcək.
TAHİR