Qarabağdan 2 nəfər Ermənistana köçürüldü
Qarabağdan 2 nəfər Ermənistana köçürülüb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib.