KÖHNƏ VERSİYA            

Ermənistanı məhvə sürükləyən Rusiya deyil, Qərbdir...

Image

“Rusiya aprelin 5-də Brüsseldə gözlənilən üçtərəfli görüşə kifayət qədər sərt reaksiya verdi. Erməni tərəfi də bundan az kəskin cavab verdi. Görünür, cavabla bağlı belə “məsuliyyətli iş” Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyana həvalə olunub”. Bu fikirlər Ermənistanın “Qraparak” qəzetində yer alıb. 

Nəşr  yazır ki, vaxtilə Rusiya dairələri tərəfindən qəbul edilən bu şəxs o həddə radikallaşıb ki, Ermənistan İctimai Televiziyasının efirində deyib: “Rusiya “dövlətçiliyimizi diz çökdürmək” üçün yola çıxdı. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bütün bunları yalan adlandırdı. Paşinyan Alen Simonyanın ağzı ilə ipdən asılı qalan Ermənistan-Rusiya münasibətlərinə son qoymağa çalışır. O, bir daşla bir neçə quş vurur: Alen Simonyanı tamamilə rəqib kimi “sıradan çıxarır”, həm də Rusiyanı bu cür bəyanatlara necə reaksiya verəcəyini öyrənmək üçün sınaqdan keçirir. Əgər Rusiya Federasiyasının reaksiyası çox sərt olarsa, o zaman baş nazir Milli Assambleyanın sədrini “qurban verəcək”: deyirlər, bu onun şəxsi fikridir. Əgər Rusiyanın reaksiyası çox da kəskin olmasa, o zaman Paşinyan, nəhayət, bütün erməni-rus körpülərini yandıraraq Qərbin qucağına “uçacaq”. Aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli Ermənistan-ABŞ-Avropa İttifaqı görüşü də buna xidmət edir. Rusiyanın “Novıe izvestiya” nəşri yazır ki, görüşdə İrəvan üçün taleyüklü tədbirlər paketi, Qərb tərəfindən təhlükəsizlik təminatının verilməsi, eləcə də, Ermənistanın Avropa İttifaqına üzvlüyü imkanları diqqət mərkəzində olacaq: “İrəvanın yeni dostları Aİ və Birləşmiş Ştatlar timsalında Ermənistan üçün yeni təhlükəsizlik sistemi yaratmağa çağırış ediblər. Buraya əsas olaraq Rusiyaya məxsus 102-ci bazanın Ermənistandan çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmaq daxildir. İrəvan buna qədər anti-Rusiya siqnallarını daha “ucadan” səsləndirməyə başlayıb. Artıq Ermənistan KTMT PA-nın Moskvada törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb, bunu da təşkilatda iştirakını dondurmaqla əlaqələndirib. Ermənistan banklarının da üzvü olduqları milli ödəmə sistemi – “Armenian Card” isə Rusiyanın “Mir” kartlarına xidmət etməkdən imtina edib. Ermənistanda Moskva-İrəvan gərginliyinin əsas səbəbi kimi Kremlin Qarabağ məsələsində tutduğu mövqe önə çəkilir. Bundan ən çox istifadə edən Paşinyandır. O, partiya üzvləri ilə görüşündə bir daha bildirib ki, “Rusiya Federasiyası ilə münasibətlərimizdə heç bir səhv etməmişik, tərəfdaşlarımız hansısa yerə işarə edib deyə bilməzlər ki, bizim burada hansısa öhdəliklərimiz olub və biz onları yerinə yetirməmişik. Biz qeyd edə bilərik və qeyd edirik ki, qanuni suallar qaldırırıq və bu qanuni suallara mənalı cavablar gözləyirik. Nə qədər ki, bu suallara cavab verilmir, nə desələr də, məsələni həll etməyəcək”. 

Beləliklə, Qarabağda Rusiyanın bitərəf qalması onun üçün göydəndüşmə olub. Rusiya Elmlər Akademiyası siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Boris Şmelyov qeyd edir: “Paşinyan nəzarətində olan bütün media resurslarını məhz bu istiqamətə yönəltməyə müvəffəq olub. Əgər məsələyə obyektiv yanaşsaq, Rusiya hərbçilərinin bu münaqişəyə qarışmaq üçün hüquqi əsasları olmayıb. Bu, iki dövlətin daxili işi olub. Paşinyan da münaqişənin gərginləşməsini istəmədiyindən, Qarabağı təhvil verdi. İndi isə İrəvan Rusiyanı günahkar çıxarmağa çalışır. Ermənistan bizim üçün strateji xarakter daşıyan Rusiya hərbi bazasını hər vəchlə bağlamağa çalışır”. O ki qaldı Ermənistandan Rusiya hərbçilərinin çıxarılmasına, ekspertlərin qənaətincə, bu, sağlam düşüncəyə ziddir. Məsələn, Rusiya XİN məsələ ilə bağlı bildirib ki, hərbi baza və Rusiya sərhədçiləri Ermənistanın suverenliyinin yeganə təminatıdır. Qarabağın Azərbaycana qaytarılmasından sonra Ermənistan yeni təhlükəsizlik sistemindən bəhs etməyə başlayıb, Rusiyaya isə orada yer yoxdur.

Əksəriyyət də hesab edir ki, ermənilər Rusiyanın Ermənistandakı hərbi bazasını gec-tez çıxaracaq. Regional problemlər İnstitutunun rəhbəri Dmitri Juravlyov da bu qənaətdədir. O hesab edir ki, İrəvan NATO-ya üzv olmasa, o dövlətin heç bir təhlükəsizlik təminatı olmayacaq. Rusiyalı ekspert daha sonra maraqlı bir etiraf da edir. Bildirir ki, Ermənistanın ərazilərinin bir çoxu Türkiyənin olub. İrəvan müstəqil şəkildə özünü qoruya bilməyəcək. Lakin indi orada Qərbin təkliflərindən eyforiyaya düşüblər. O ki qaldı Ermənistanın Avropa İttifaqına üzv qəbul olmasına, bu ölkə prezidentinin keçmiş müşaviri Tevan Poqosyan hesab edir ki, bu üzvlük məsələsi daha çox siyasi xarakter daşıyır. 2020-ci il müharibəsindən sonra Ermənistan Rusiyadan incik düşüb. Paşinyan hökuməti Moskvanın Qarabağ məsələsinə yanaşmasından narazıdır.

Ölkənin Avropa ailəsinə üzv olacağına gəldikdə, bunun xülya olduğunu əksəriyyət qəbul edir. Hazırda bu məsələ ətrafında alver getdiyi xüsusi vurğulanır. Əsas fikir də bundan ibarətdir ki, Ermənistan hökuməti Avropa İttifaqının vəd olunan maddi yardımı müqabilində Rusiya-Ermənistan münasibətlərini satmağa çalışır. Indi Ermənistan cəmiyyətində parçalanma təhlükəsi güclüdür, ölkədə birlik yoxdur. Bir tərəfdə SSRİ dövründə böyümüş insanlar, digər tərəfdə Qərbə inteqrasiya etməyə meylli gənclər, İT mütəxəssisləri, gənc iş adamları dayanıb. Paşinyana gəlincə, ondan narazılıq getdikcə artır, hökumət əleyhinə aksiyalar mütəmadi hal alıb”. Baş verənləri şərh edən erməni politoloq Armen Bağdasaryan isə qeyd edir ki, bu halda Rusiyanın Ermənistana ağrılı zərbələr endirmək üçün çoxlu imkanları var: həm iqtisadi, həm də siyasi: “Məsələn, ucuz enerji satışından imtina, erməni miqrantlara qarşı sanksiyalar – həddən artıq çoxdur bu imkanlar”. Onun sözlərinə görə, Rusiyanın bu imkanlardan necə istifadə etməsi onun nə qədər ağrılı zərbə vurmağa çalışmasından asılıdır: “Buna görə də Ermənistan hakimiyyəti əks tədbirlər haqqında düşünməyə borcludur ki, bu zərbələrə davam gətirə bilsin. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçiriləcək budəfəki görüşün əsas mövzusu Ermənistanın müqavimətinin artırılması olacaq. Güman edirəm ki, orada ABŞ və Avropa Ermənistana nəsə vəd etməyə çalışacaq ki, siz Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edin, biz isə cavab tədbirinin o qədər də ağrılı olmamasına çalışacağıq. İndiki halda, mənim anladığım qədər, Brüsseldə söhbət yalnız iqtisadi və maddi məsələdən gedəcək, təhlükəsizlikdən yox”. Ekspert bildirib ki, Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Qərbin görməli olduğu iş ilk növbədə ucuz enerjiyə çıxış olmalıdır. Onun sözlərinə görə, nə ABŞ-ın, nə də Aİ-nin Ermənistana ucuz enerji çatdırmaqı imkanı var: “Yalnız bir variant var: Azərbaycanın enerji imkanlarından istifadə etmək. Ancaq bundan ötrü əvvəlcə Azərbaycanın təhlükəsizliklə bağlı tələblərinin nə olduğu bilinməlidir. Buna görə deyirəm ki, Ermənistan hakimiyyəti addım atarkən düşünməlidir”.

Tahir TAĞIYEV








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031