KÖHNƏ VERSİYA            

Erməni deputat Aprel döyüşü barədə "yer- göy yalanı" uydurdu...

Image

 Abutalıb Səmədov: “Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi”

 Azərbaycanın Zəfəri ilə yadda qalan Aprel döyüşlərinin mahiyyətini və nəticələrini, ordumuzun gücünü etiraf etmək istəməyən erməni mediası, erməni siyasiləri dörd günlük müharibə barədə təhrif dolu açıqlamalar, informasiyalar yayırlar. Bununla da bir növ məğlubiyyətlərini ört-basdır etməyə cəhd edirlər. Aprel döyüşlərinin nəticələri bütün dünyaya məlumdur və Azərbaycan Ordusunun qələbəsi də göz önündədir. Ermənilər bu şanlı Zəfəri təhrif etməklə heç nə qazanmırlar, əksinə, bir daha özlərini aldatmış olurlar. 

Aprel döyüşlərinin 8 illiyi ilə əlaqədar bir sıra erməni siyasilər həqiqətə uyğun olmayan iddialar səsləndirirlər. 

Dünya etiraf etməsə də, yaxşı bilir ki, Aprel döyüşləri Ermənistanın hücumunun, növbəti işğal məqsədinin qarısının alınması üçün başlayıb və dörd gün ərzində ordumuz Ermənistanın silahlı təcavüzkar dəstələrini yerində oturdub, “Lələ Təpə”ni azad edib, bir neçə stateji yüksəkliyə nəzarəti əldə edib. Amma ermənilər belə qələmə vermək istəyirlər ki, guya Aprel döyüşlərində Ermənistan qələbə qazanıb və bu onun son qələbəsi olub.    

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Zohrabyan Facebook səhifəsində yenə də həqiqətə uyğun olmayan fikirlər yazıb. O iddia edir ki, guya Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putin vasitsilə onlardan “Aprel döyüşlərinin dayandırılmasını xahiş edib”. 

N.Zöhrabyanın feysbuk hesabında yazdığı bu ağ yalana heç uşaq belə inanmaz. Onun  Azərbaycan Prezidentinin adını bu şəkildə hallandırması absurddur, yolverilməzdir. Əslində, Aprel döyüşləri zamanı Rusiya başda olmaqla Ermənistanı dəstəkləyən bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana təzyiq göstərib müharibəni dayandırmasını istəyirdilər. Amma heç biri etiraf etmirdi ki, Azərbaycan ordusu Ermənistanın təcavüzünün qarşısını alır və müharibə Azərbaycan ərazisində gedir, Ermənistan ərazisində getmir.   

Erməni deputat Ermənistanın baş naziri Nikol Paşinyanı da ittiham edir ki, o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “8 il əvvəl o günlərdə müxalifətçi Nikol və ABŞ səfirliyinin mühafizəçisi ilə siyasi məsləhətləşmələr aparan bəzi qüvvələr 400 hektar ərazini tarixi vətən itkisi elan edərək, bu barədə bütün gücləri ilə həmrəyliklə “oxudular”-deyə o yazıb. 

 Guya Aprel döyüşlərində Ermənistan ordusu “şücaətlə” vuruşub, guya fərarisi, təslimçisi olmayıb. Yenə mifik erməni ordusunu tərifləyir, o ordunu ki, 44 günlük müharibədə Azərbaycan ordusu darmadağın etdi. Zöhrabyan da digər şovinistlər, daşnaklar kimi qeyri-real danışır və yazdığı hər bir söz yalandan və saxtakarlıqdan başqa bir şey deyil. 

“Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu cür yalanlar uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır”

Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu yalanları uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi. Həmin dövrdə müxalifətdə olan Nikol Paşinyan “itirilmiş torpaqlarla” bağlı böyük kampaniyaya başlamışdı. İndi ona qarşı mövcud reallıqdan istifadə etməyə çalışırlar və Paşinyana deyirlər ki, o dövrdə bir neçə yüz hektar ərazi Azərbaycanın nəzarətinə keçmişdi və sən belə hay-küy qaldırmışdın.  Ancaq deyir ki, o dövrdə bir fərari belə yox idi, son 44 günlük müharibədə Ermənistanda təqribən 11 min fərari oldu, eyni zamanda itirilən torpaqlar da o qədər çox deyildi, cəmi 400 hektar torpaq itirilmişdi. Zöhrabyan bunu deyir, sonra da qələbədən danışır. Guya Azərbaycan hərbi əməliyyatların dayandırılması üçün Rusiyaya müraciət edib. Əgər yüksəkliklər ələ keçirilmişdisə, onların dediyi kimi 400 hektar torpaq azad olunmuşdusa, Azərbaycan Ordusu irəli gedirdisə, nədən biz xahiş etməli idik ki, hərbi əməliyyatlar dayandırılsın?  Erməni yalançılığı, erməni riyakarlığı hər addımda özünü göstərir və biz də bu reallığı qəbul etməliyik. Bəxtimizə belə qonşular düşüb. Hər dəfə onların danışdıları yalanları eşidəndə təəccüblənməyə bilmirsən ki, bu qədər də yalan danışmaq olarmı? Ermənilər gülə-gülə Azərbaycan ərazisini tərk edirlər Ermənistanda hay-küy qalxır ki, “etnik təmizləmə” baş verib. Heç bir zorakılıq yox, heç bir məcburetmə yox, ancaq bizi “etnik təmizləmədə” günahlandırırlar. Yaxud Azərbaycan əks-hücuma keçib işğal altında olan əraziləri azad etmək istəyir, ermənilər hay-küy qaldırırlar ki, Azərbaycan “Arsax”a qarşı müharibə başlayıb. Çox təəssüf ki, bəzən erməni səsinə səs verən bizim “həmvətənlərimiz” də tapılır”-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, bu gün Ermənistanda vəziyyət həddindən artıq gərgindir, həlledici günlər yaşanır, nəyin bahasına olursa olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərilir. A.Səmədov hesab edir ki, burada xarici əllər də kifayət qədərdir, Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlıdır, onun üçün hər şey etməyə çalışır, hərçənd ki, onun edə biləcəyi hər şey o qədər də çox deyil, çünki başı Ukraynaya qarışıb, Ukraynada ciddi uğura nail olmaq istəyir. ABŞ və Qərb ölkələrinin Paşinyanı hakimiyyətdə saxlamağa cəhd göstərdiyini deyən A.Səmədov qeyd etdi ki, hələlik hər şey onların istədiyi kimi davam edir. “Hələlik Paşinyan möhkəm dayanıb və ən əsası ona qarşı dura biləcək elə bir alternativi, rəqibi yoxdur. Bu da Qərbin işini bir qədər asanlaşdırır. Ancaq hərbi çevriliş ehtimalı da qalmaqdadır. Bu məqsədlə bu cür yalanlar uydurulur, xalqın içində Paşinyana qarşı narazılığı artırmağa bu yollarla cəhd göstərilir. Hələ bundan sonra da yəqin ki, daha böyük yalanlar ortaya çıxacaq və bu yalanların hesabına cəhd göstərəcəklər ki, Paşinyanı zorakılıqla hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın imkanları bir tərəfdən məhduddur, digər tərəfdən, ABŞ-ın Ermənistandakı səfirliyi kifayət qədər hərbiləşdirilmiş səfirlikdir, az qala sayı 2500-ə çatan əməkdaşlarının təqdibən yarısı dəniz piyadalarıdır. Əgər əlavə qüvvələr də yeridilməyibsə.  Ona görə də ABŞ əlindən gələni edəcək ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmasın. Biz də, təbiidir ki, bunda maraqlıyıq, çünki artıq sülhə həddən artıq yaxınıq və Azərbaycan Prezidenti də bunu NATO-nun baş katibi ilə görüşündə qeyd etdi. Bu prosesin pozulmaması üçün Paşinyanın hakimiyyətdə qalması bizim üçün son dərəcə vacibdir”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA      








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031