Zelenski Xarkovu qorumaq üçün ABŞ-dan "Patriot" tələb edir
Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” səhifəsində xarkov şəhəriinin müdafiəsi üçün müraciət yayımlayıb. Ukrayna lideri bəyan edib ki, keçən ay Rusiya Ukrayna ərazisinə 400-dən çox raket və 600-dən çox “Şahed” tipli dron atıb. Bu hücumlardan ən çox Xarkov əziyyət çəkir, onu qorumaq üçün “Patriot” sistemləri lazımdır.
“Təkcə bu martında rusiyalı terrorçular Ukraynaya qarşı 400-dən çox müxtəlif tipli raketlər, 600-dən çox “Şahed” və 3 mindən çox idarə olunan bomba yönəldib. Ukraynanın müxtəlif şəhər və kəndləri bu terrordan əziyyət çəkir, Rusiya cəbhə xətti ərazilərini vurur”, - deyə Zelenski əlavə edib.
Mətləb Salahov