Erməni deputatdan ETİRAF: “Biz diz çökmüşdük"
Ermənistan mediası bu ölkədəki siyasi qüvvələr arasında yaranan ruh düşkünlüyü, xüsusilə Azərbaycanın 44 günlük zəfər müharibəsindən sonra Ermənistanın ciddi böhran içində olduğu barədə etirafları sıralayır. Həttda özləri istəməsələr belə...
Xüsusilə son vaxtlar revanşist qüvvələrin baş qaldırması fonunda belə etiraflar eşitmək daha mənalı görünür. "İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası nüfuzunu itirdi, bir növ öldü." “Hraparak” nəşrinin yazdığına görə belə bir açıqlama ilə ölkə parlamentində siyasi təşkilatı təmsil edən deputat Ovik Ağazaryan çıxış edib.
“Biz diz çökmüşdük. Amma bizə dedilər ki, qalxın, düz yoldasınız. Ona görə də müharibədən sonra “Mülki Müqavilə” Partiyası ölüb-dirildi”, - erməni deputat bəyan edib.
Mətləb Salahov