Vətəndaşlardan bir gündə 9 silah götürülüb - Dİn-dən AÇIQLAMA
Ötən gün Azərbaycanda vətəndaşlardan 9 silah götürülüb. Bu barədə mətbuata Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb. Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.
Mətləb