KÖHNƏ VERSİYA            

İnsan səbrli olsa, tənhalığın qoynunda da rahatlıq tapar… - Onüçüncü yazı

Image

Bəzən təqdiri asan olmayan mürəkkəb proseslər kimlərdəsə qarışıq hislər yaradır; o, başqalarına da bu zərrəvi his­slə bağlı yanlış təsəvvür verir. Gerçək müddəa isə bü­tün hallarda öz labüd xarakterini qoruyur, mental zərurəti elə mürəkkəb - fəlsəfi ovqatda tapır. Bu baxımdan, biz in­san­lığı haqqın mesajı kimi “öyənlərə” daha çox hörmət edir, onların isti-ilıq fikirlərində məna, məzmun tapır, ədə­bi təfərrüata varırıq...

İnsanlıqlarını, Vətən sevgilərini yaxşı mənada təqdir et­diyimiz Əli və İslam qardaşları da həyatı batini xarakterdə ci­lalayan, ona çox vaxt şüurüstü zəmin verən və başqalarında mütləq titrəyiş yarada bilən qeyrət sahibləri idilər. Şəxsən tanımasaq da, Vətən uğrundakı fədakarlıqları, dö­yüş­lərdə göstərdikləri qəhrəmanlıqlar bizi son dərəcə məm­nun edir. Onların həyat eşqi ilə ünsiyyət qurduqca in­sanlıq hücrələrində fərqli bir məna, aşkar bir səmt tapırıq. Bu qəhrəman oğulların şəhadətini «Şəhid dağı» kitabı ilə təqdir etmək istəyimiz də elə bu aspektdən irəli gəlir.   

Əli və İslam Vətən sevgilərini kəpənək sürəti ilə deyil, qatar tələskənliyi ilə də deyil, saatın əqrəbləri hansı tezliklə təzahürdədirsə, o proseslə əks etdirdilər. Ancaq düşün­mə­yin ki, onları dərhal anlamaq, ürəklərində təpər tapan Vətən eşqini dərhal xarakterizə etmək mümkündür. Əsla, şəhid qardaşlar torpaq, yer-yurd ağrılarını asta yerişlərə qərq etməklə (zənnimizcə) başqa bir aləmlə təmas qurdular. Bu hiss də çoxları üçün görünüş-görkəm baxımından sadə təzahürdə görünə bilər, ancaq bu qaynar sevdanın içində gizlənən həyati mahiyyət həm sosial zəmindir, həm əvvəl, həm axır, həm zəruri olmayan nəsnə, həm aktiv tə­bəddülat, bir sözlə, batini mücərrəd məna kimi anlaşılan, ger­çəkdə isə doğru fəhm aşılayan həyat fəlsəfəsidir. Əl­bət­tə, onların daxili təlatümlərində gizlənən mənanı aç­maq üçün ayrıca bir kitab yazmağa ehtiyac var idi. 

«Şəhid dağı» kitabında bir-iki nüansa diqqət çəkmək istəyirik; əgər son sözü deməyə zaman qalmayıbsa, deməli, Göyün qəzəbi Yeri çulğayıb, insan günaha vəsilə olduğu üçün cənnətin qapısı ağzında yersiz qonaqtək (əslində, yad adam kimi) boynunu burub, ona Allahdan da rəhm yoxd­ur. Bu, bir ömürlük yaşantının bir anda heç olması zə­ru­rəti də verir və s. Şəhid qardaşların Vətən sevgilərinin üst qatında bu və bu kimi səciyyələr qabarıq aşkardır. Bu­rada “vaxtsız ayrılıq” sevdiyin şəxsdən qopmaqdan daha çox Allah qarşısında həyat acıları ilə baş-başa qalmaq mə­nası verir. Ürəyin girov olması isə şeytanla əlaqənin güclənməsi, haqdan (batindən) uzaqlaşmaq xüsusatıdır. Yəni könül verdiyin şəxs ürəyini-sevgini zəbt edir, sonra da baş­qa cığırlarda pəri axtarırsa, o, mütləqə asi adamdır, iblis xa­rakterdə biridir və s. Əli və İslam isə bu cür anlamlarda doğru səmt tapa bildikləri üçün Vətən onlara ucalıq və şəhadət şərbəti verdi. Bu şərbət öz vəslini zaman, yoxluq, sonsuzluq, əvvələ qayıdış və s. kimi fəlsəfi-mistik təcəllalar ilə də səciyyələndirə bilər. 

Əli və İslamın Vətən sevgilərini təhlilə çəksək, dərhal zəruri olan nisbi olmayanla təmasını itirər; yəni anlaşılar ki, haqq iradə kəsbidir, yanlışlıq zəiflik məsaməsi. Kim öz insan təqdirini həyat salnaməsinin çırağı etmirsə, deməli, onun gözlərində işığa yer yoxdur, o, ancaq iblisanə baxışlara qəlb isidir. «Şəhid dağı» kitabının ideoloji çək-çevirində dediklərimizin bariz aktı var. Çözsək, fərqinə varsaq əmin olarıq ki, şəhid qardaşlar Vətəni heç də sadə düşüncə ilə sevmədilər.

 

***

 

“Vətən bizi əhatə edən sərhəddir” demişdi ata-babalarımız. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində isə əmin olduq ki, Vətən biz özümüzük, hər igid oğul torpağı əhatə edən bir sərhəddir... 

İşıqlı insanlar, varlığı təmiz məhəbbətdən yoğrulmuş cə­sarətli insanlar xalqımızın ən çətin anlarında köməyə yetib, düşmənə sarsıdıcı zərbə vurub. Vətən müharibəsində də qeyrətli ərənlərimiz düşmənin yeni ərazilərə sahib ol­maq arzusunu gözündə qoydu, işğal altındakı ərazilərimizi, bütövlükdə, Qarabağı geri aldı. Bu missiya igid oğulların şərəfi idi... Məhz bu oğulların rəşadəti, əzmi və hü­nəri sayəsində (dəfələrlə) zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxmış Azərbaycan yeni əsrə və yeni minilliyə Qələbə sevinci ilə ayaq basdı. Yeni bir tarix ya­zıldı… 

Bu tarixi yazan igidlərin sırasında Mingəçevirin hünərvər oğulları Əli və İslam Əhmədov qardaşları da var. On­la­rın qeyri-adi döyüş bacarığı, polad iradəsi və yüksək və­tən­pərvərliyi sayəsində torpaqlarımız düşməndən alındı, Zəfər üçün böyük sıçrayışa nail olundu. Bu, hər birimizin həyatının ahənginin köklü surətdə dəyişdi, milli düşüncəmizdə sürətli oyanış oldu, 44 günlük müharibənin ən parlaq səhifələrini oxuduq. Orada Əli və İslamın da şərəfli ad­ları qızıl hərflərlə yazılıb.  

Vətən uğrunda canlarını fəda edən oğulların qəhrəmanlıqları milli ruhumuzun canlanmasına xidmət göstərir. Bu, həm də bir özünüdərkdir. Xalqa, Vətənə sıx bağlılığın, mil­li dövlətçilik məfkurəsinə sadiqliyin təntənəsidir. 

Əli və İslam kimi oğullar torpaqlarımızı işğaldan xilas etdilər. İndiki və gələcək nəsillər isə bu əmanəti xalqımızın milli sərvəti kimi qorumalıdır. Çünki bu missiya hər bir azərbaycanlının (hamımızın) şərəfli vəzifəsidir. 

Azərbaycan xalqının şəhid oğullarla - milli qüruru olan əbədiyyət sahibləri ilə öyünməyə həmişə haqqı var…

 

***

 

“Zərin qədrini zərgər bilər”. Zər nədirsə, zərgər odur. Yaxud zərgər nədirsə, zər odur... Bu mənada biz başqa an­lam da axtarırıq: Vətən nədirsə, vətəndaş da odur. Və­tən­daş kimdirsə, Vətən də odur. Bu proses özünü Vətən mü­ha­ribəsində də göstərdi. Azərbaycan Cənnət beşiyi olduğu üçün xalq da nümunəvi addım atdı; Vətənin dar günündə hər kəs öz vətəndaşlıq borcunu vermək üçün ayağa qalxdı, şəhərlərdə, qəsəbə və kəndlərdə misilsiz izdiham yaşandı. Bu izdihamı üçrəngli bayraqlar daha möhtəşəm etdi. O gün dünya bir daha anladı ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq, Vətən naminə həmişə bir yum­ruq kimi birləşiblər. Bu birlik 44 gün çəkən müharibədə xalqımıza qələbə bəxş etdi. Bu qələbədə pay sahibi olanlardan ikisi də Əli və İslam Əhmədov qardaşları idi. Onlar Vətəni zər, özlərini zərgər sandılar. Vətən də bir zərgər kimi hər iki qardaşı zərə çevirdi, əbədiyyət üfüqlərində çırpınan ucalıqların üzərinə səpdi. Ucalıqlar zər içində aşiqanə bir gözəlliyə döndü, parıltı verdi...

Əli və İslam qardaşları qabiliyyətli zərgər olduqları üçün Vətənin də­yərini yaxşı anladılar.   

Əli və İslam qardaşları yaxşı vətəndaş olduqları üçün öl­kəmizin ərazi bütövlüyü uğrunda mərdanəlik göstərdilər.

Əli və İslam qardaşları Allahı sevdikləri üçün Cənnət mə­ləyi oldular. 

Nəhayət, Əli və İslam qardaşları cəsarətli, hünərvər ol­duq­ları üçün sinələrini düşmənə sipər etdilər...

Əziz şəhid qardaşlar! Siz Vətən müharibəsinin ilk şəhid qardaşlarısınız. Adınız tarixə belə yazıldı. Hünəriniz ana Vətənin yaxasında orden kimi görünür. Xalqımız sizi unutmayacaq. Əbədiyyət fövqündə məskun olanlar unudulmurlar. Siz həmişə nəsillərin ziyarət yeri olacaqsınız. Mə­zar­larınız isə hər kəsin ziyarətgahına, pirinə və qibləgahına çevriləcək. 

Allah sizə rəhmət eləsin!

(Son)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031