KÖHNƏ VERSİYA            

“Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu” - Vüqar Rəhimzadə

Image

Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi.

30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni   məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Dörd gün davam edən bu döyüşlər  çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Aprel döyüşləri  dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir. Dövlət başçısı İlham Əliyevin Aprel döyuşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışında “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır” çağırışını edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Aprel döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi. 

Vüqar Rəhimzadə Aprel döyüşlərinin  tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib. Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin  Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq. 

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu gün artıq tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün, qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla addımlamağımıza əsas verdi. Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı. Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin  ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi möhtəşəm uğurlarıdır. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib. 

Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından böyük qürur hissi keçirir.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031