KÖHNƏ VERSİYA            

Türkiyədə seçkilər Azərbaycan bələdiyyələrini silkələdi...

Image

Ötən ayın son günündə  Türkiyədə keçirilən bələdiyyə seçkiləri yenə xüsusi diqqət cəlb etdi. Qeyd edək ki, seçki yarışı 81 şəhər, 973 rayon və 390 qəsəbədə baş tutub. Ana müxalifət- Xalq Cümhuriyyət Partiyasının (CHP) 37.74 faiz, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) isə 35.49 faiz səs topladığı açıqlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da rəhbəri olduğu partiyanın yerli özünüidarəetmə orqanlarına seçkilərdə istənilən nəticəni almadığını etiraf edib.

Təhlilçilər AKP-nın birinciliyi son 20 ildən çox müddətdə ilk dəfə əldən verdiyini bildirir. Ərdoğan özü isə seçkiləri demokratiyaya layiq adlandırıb: “Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı”. Onu da qeyd edək ki, qardaş ölkədə bələdiyyə seçkiləri  ilə bağlı siyasi kampaniyada 34 siyasi partiya iştirak edib. 206 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. 61 milyon 441 mindən çox seçici qeydə alınıb. Seçkilər 30 böyük şəhər, 51 əyalət, 973 rayon və 390 şəhər bələdiyyəsi sədrini, 50 min 336 muxtarı müəyyən edib. Bələdiyyə seçkiləri Türkiyədə bu institutun önəmini bir daha artırıb. Bu kampaniya ölkənin siyasi həyatının gələcəyi üçün müəyyən siqnal verir.  Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell qeyd edir ki, Türkiyədə bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyənin yerli demokratiyaya sadiqliyini nümayiş etdirir: “Bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyəni şərəfləndirir və vətəndaşların yerli demokratiyaya sadiqliyini göstərir. Fundamental hüquqlar və demokratiya münasibətlərimizin əsasını təşkil edir: Türkiyəni Aİ-yə yaxınlaşdıran islahatlar üzərində birgə işləməyi səbrsizliklə gözləyirik”. Qeyd edək ki, bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçirilməlidir. İndi Azərbaycanda bir çoxlarını belə bir sual düşündürür: Azərbaycanda niyə Türkiyədəki kimi diqqətçəkən bələdiyyə qurumları yoxdur? 

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov “Azadlıq” radiosuna açıqlamasında Azərbaycanda Türkiyədəki kimi seçki yarışının olmamasını bələdiyyələrin statusu ilə əlaqələndirir: “Türkiyədə dövlət idarəetməsində yerli idarəetmə bələdiyyələrə məxsusdur və onlar da dövlət qurumları kimi fəaliyyət göstərirlər. Amma Azərbaycanda bələdiyyələr qeyri-dövlət qurumu hesab olunur, səlahiyyətləri ümumi xarakter daşıyır, onlar bu səlahiyyətlərin həyata keçməsi ilə bağlı real maliyyə ehtiyatlarına malik deyillər. Nəticə etibarilə yerlərdə icra hakimiyyətlərinin nümayəndələri daha həlledici səlahiyyətə malikdir, nəinki bələdiyyələr”. Onun sözlərinə görə, seçici marağının artırılması üçün özünüidarəetmə sistemində ciddi islahatlar aparılmalı və idarəetmə sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: “Hakimiyyət bölgüsündə yerli idarəetmə bələdiyyələrdə olmalıdır. Türkiyədəki bələdiyyələr real hakimiyyət səlahiyyətlərinə malik, yerli idarəetmədə əsas rol oynayan, xalqa daha yaxın olan bələdiyyə sistemidir, Azərbaycanda əksinədir”. Amma hakim Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edənlərdən Aydın Mirzəzadə fərqli düşünür. O, hər bir ölkənin özünəməxsus siyasi sistemi olduğunu vurğulayaraq bildirib ki, hətta qonşu və eyni tarixə malik olan ölkələrin də siyasi sistemində fərq olur: “Azərbaycan prezidentli respublikadır və bu sistem illərdir özünü doğruldur. Türkiyədə uzun müddət parlamentli respublika olub, son dövrdə prezidentli respublikaya keçiblər, amma bununla bağlı ənənəvi bələdiyyə sistemi fəaliyyət göstərib”. 

Deputatın fikrincə, Azərbaycanda seçkilərin hər biri demokratik, rəqabətli və şəffaf olur: “İnsanların fərqli platformaya malik insanlara səs vermək hüququ var. Prinsip etibarilə Azərbaycanda demokratik seçki mühiti var və bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində bunu bir daha görəcəyik”. Ekspertlər xatırladır ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəfələrlə Bakıda olub və bələdiyyə ilə bağlı kifayət qədər təkliflər səsləndiriblər. Azərbaycan sadəcə buna uyğunlaşdırılmalıdır. Bunun üçün əvvəlcə konstitusiyada islahatlar aparılmalıdır, çünki indi bələdiyyələr qeyri-dövlət orqanlarıdır və dekorativ səlahiyyətlərə malikdirlər. İslahatlar isə bələdiyyələrin səlahiyyətlərini müəyyənləşdirməlidir. Deputat A.Mirzəzadə isə bildirib ki, dünya onsuz da bir-birindən öyrənir: “Prinsip etibarilə indiki siyasi sistem Azərbaycan üçün məqbuldur, özünü doğruldur və siyasi sistemdə ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Amma vaxtaşırı yeniliklər olur. Məsələn, işğaldan azad olunan ərazilərə prezidentin xüsusi nümayəndələrinin təyinatı da dövrün tələbindən və həmin bölgələrin inkişaf proseslərinə uyğun addım idi”. Hesab edilir ki, Azərbaycanda bələdiyyə insitutunu inkişaf etdirib, səlahiyyətini artırmaq lazımdır. Xatırladaq ki, bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunur. “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031