KÖHNƏ VERSİYA            

İsrail-ABŞ-İran savaşı yetişir...

Image

 Məlum olduğu kimi, İsrailin müdafiə ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Budəfəki hücumu fərqləndirən əsas  məqam İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binasının tamamilə dağıdılmasıdır. İran tərəfinin məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. 

İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb olub. İslam İnqilabı Keşikçiləri Korpusu bildirir ki, İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub. Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqllarını Müşahidə qrupu isə 8 nəfərin öldüyünü bildirir. Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Tehran Dəməşqə hücumun arxasında duran “təcavüzkarlara” qarşı tədbirlər görmək hüququnu özündə saxlayır: “Tehran təcavüzkara qarşı cavab və cəzanın növünə qərar verəcək”. Həm İran, həm də Suriya İsraili Dəməşqin mərkəzində hücumu həyata keçirməkdə ittiham edir. İsrail ittihamlara cavab verməyib və xarici medianın xəbərlərini şərh etmədiyini bildirib. İsrail son bir neçə ildə Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə hücum həyata keçirib, lakin zərbələri nadir hallarda etiraf edir.

İranın Xarici İşlər Nazirliyi Dəməşqdə İran səfirliyinə endirilmiş zərbəyə görə İsraillə yanaşı, ABŞ-ı da suçlayıb.  Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın   sözlərinə görə, Dəməşqdəki hücumla əlaqədar İsveçrənin İrandakı səfirliyinin diplomatı XİN-ə çağırılıb, onun vasitəsilə “sionist rejimin tərəfdarı ABŞ hökumətinə” mesaj ötürülüb: “Amerika məsuliyyətə cəlb olunmalıdır”. Ancaq “NBC News” telekanalı mənbələrinə istinadən  bildirib ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası İrana Vaşinqtonun İslam respublikasının Dəməşqdəki konsulluğuna gözlənilən hücumdan əvvəlcədən xəbəri olmadığını çatdırıb. Telekanala görə, Amerika Prezidentinin administrasiyası birbaşa İrana məlumat verib ki, ABŞ-ın İranın Dəməşqdəki konsulluğuna hücumdan əvvəlcədən xəbəri olmayıb və bunda iştirak etməyib. Digər iki ABŞ rəsmisi telekanala açıqlayıb ki, Bayden administrasiyası Suriya əməliyyatı barədə xəbəri İsrail təyyarələri artıq havada olarkən alıb. Bununla belə, Vaşinqtonun hansı hədəfin seçildiyini bilmədiyi qeyd edilir. ABŞ Dövlət Departamenti İranın Suriyadakı səfirliyinə hücumun arxasında İsrailin durduğunu təsdiqləməyib. Departamentin mətbuat katibi Metyu Miller nə hədəfin, nə də məsul tərəfin müəyyənləşmədiyini söyləyib: “Bunun tam olaraq nə olduğu barədə məlumat toplamazdan əvvəl mən bu barədə konkret danışmaq istəmirəm”. Eyni zamanda o, Vaşinqtonun bölgədəki eskalasiyadan narahatlığını çatdırıb.

Ekspertlər isə hesab edir ki, baş verənlər fonunda İranın ilk olaraq İsrail və ABŞ-a qarşı daha aqressiv mövqe sərgiləməsi, proksi qüvvələrini, xüsusən də “Hizbullah”ı döyüşlərə cəlb edəcəyi gözlənilir. Bu isə Yaxın Şərqdə savaşın miqyasının genişlənməsi demək olacaq. Xatırladaq ki, İsrail Qəzza zolağında savaşa başlayandan bəri İranın dəstəklədiyi silahlı qruplar Fələstinə dəstək nümayiş etdirmək üçün Yaxın Şərqdəki İsrail və ABŞ obyektlərini hücum hədəfinə çevirib. İsraildə fəaliyyət göstərən Milli Təhlükəsizlik İnstitutunun aparıcı tədqiqatçısı Raz Zimmt deyir ki, İrandakı rejimin həyatda qalması dini isteblişmentin əsas məqsədidir. Onun sözlərinə görə, İsrail və ABŞ-la hər hansı müharibə İslam Respublikasının mövcudluğuna təhdid olardı: “Xarici siyasət qərarları birbaşa ictimai rəyin təsirinə məruz qalmır. Buna baxmayaraq, rejimin gərəksiz daxili qarışıqlığın önünü kəsmək ehtiyacı, heç sözsüz, onun seçimlərini şərtləndirir”. İran isteblişmenti son illərdə çox sayda böhranla üzləşib. Bura iğtişaşlar və iqtisadiyyatın arzulanmaz durumu da daxildir. Klerikal isteblişment uzun zamandır iddia edir ki, legitimliyi xalqın iradəsindən qaynaqlanır. Amma son illər bu iddia get-gedə daha çox şübhə altına alınır. Beynəlxalq sanksiyalar və hökumətin yarıtmaz idarəçiliyi nəticəsində bərbad hala düşmüş iqtisadiyyat, inflyasiya, işsizlik və yoxsulluğun artması da hökuməti çətin duruma salan problemlərdir. İranın ordu rəsmiləri illərdir ölkənin dron və raket arsenalından ağızdolusu danışırlar. Ancaq ekspertlər İranın İsrail və ABŞ-la üzləşməyə hərbi gücünün olmadığını deyirlər. Zimmt bildirir: “İran çox yaxşı bilir ki, birbaşa münaqişə baş verərsə, İsrailin istər müdafiə, istərsə də hücum baxımından açıq-aşkar əməliyyat və kəşfiyyat üstünlüyü var”. Viskonsin Nüvə Silahlarına Nəzarət Layihəsinin tədqiqatçısı Con Krjizanyak deyir ki, İsrailin konvensional olaraq üstün ordudan başqa nüvə silahı da var. Bütün dünya İsrailin nüvə silahı olduğunu düşünür. Vaşinqtonda yerləşən Nüvə Təhlükəsi İnstitutunun hesablamalarına görə, İsrail təxminən 90 nüvə başlığına sahibdir. Amma on illərlə sanksiyalar altında olan İran yerli silah proqramının inkişafına güclü yatırım hesabına ucuz və effektiv dron və raketlər istehsal edə bilib. İran rəsmiləri bəzi silahların məhz İsraili vurmaq üçün hazırlandığını, məsələn, “Fəttah” ballistik raketlərinin 400 saniyə içində Təl-Əvivə çatacağını iddia ediblər.

Tahir TAĞIYEV

 

 

 








VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

15.09.2024 | 23:33
Trampa ikinci sui-qəsd cəhdi - Məxfi Xidmət hərəkətə keçdi, bir nəfər saxlandı...

15.09.2024 | 17:33
NATO-nun baş katibi yeni vəzifəyə təyin olundu...

15.09.2024 | 16:50
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum oldu

15.09.2024 | 15:19
İki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

15.09.2024 | 15:08
Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - FOTO

15.09.2024 | 14:08
Türkiyə şirkəti Bakıdakı “ADEX 2024” sərgisində yeni məhsullarını təqdim edəcək

15.09.2024 | 13:41
Türkiyənin kəşf edilməyən cənnətləri : Tarixi kəndlər

15.09.2024 | 13:38
Rusiya Qara və Aralıq dənizlərində raket gəmilərinin sayını artırdı - Ukrayna narahatdır...

15.09.2024 | 13:10
Qəbələdə 3 narkokuryer saxlandı

15.09.2024 | 12:44
QHT sədrləri şəhidlərin məlumatlarının Vikipediyadan silinməsinə etiraz etdi...

15.09.2024 | 12:33
Azadlığının, qurtuluşunun, istiqlalının ildönümü mübarək, BAKI!!!...

15.09.2024 | 12:10
"Formula 1" - komandaların əsas yarışları zamanı zəncirvari qəza baş verdi

15.09.2024 | 11:40
XİN Bakının azad edilməsi ilə bağlı paylaşım etdi

15.09.2024 | 11:18
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNDİ

15.09.2024 | 11:17
Prezident İlham Əliyev nikaraqualı həmkarını təbrik etdi

15.09.2024 | 11:03
Prezident İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu qəbul etdi - FOTO/YENİLƏNDİ

15.09.2024 | 10:23
Türkiyə XİN Azərbaycanı təbrik etdi

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 16:32
Azərbaycanın COP29-un ev sahibi kimi kiçik ada dövlətlərinə dəstəyi yüksək qiymətləndirildi...

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 11:08
COP29-da iştirakı planlaşdırılan bir qrup beynəlxalq təşkilatın nümayəndələri ilə görüş keçirildi

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 21:10
COP29-un ilk rəsmi tərəfdaşları məlum oldu...

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30