KÖHNƏ VERSİYA            

“Oğlumun məzarı harda, mən də orda” - şəhid anası Biləsuvarın Əsgərabad kəndinə köçüb...

Image

Zəminə Abbasova: “Oğlumun məzarını qoyub getmədim, indi Əsgərabadda yaşayıram”

Gedəndə “gözlə yolumu ana, mütləq qayıdacağam” deyib anasına ürək-dirək vermişdi, onu ümidləndirmişdi. Əslində, özü də bilirdi ki, getdiyi yolun dönüşü olmaya da, qazi kimi yox, müqəddəs bayrağımızla süslənən şəhid tabutunda anasının yanına qayıda bilər. Amma yenə də ananın ümidini qırmaq istəmirdi. Anasının ondan başqa ümid yeri yox idi axı...

Biləsuvar rayonunun Əsgərabad kəndində bir ana var, hər gün oğlunun yolunu gözləyir, deyir ki, hər taqqıltıya, hər səsə ümidlə baxır. Oğlunun şəhid olduğunu bilə-bilə ana hər gün yol gözləyir. Bu ana Vətən müharibəsi şəhidi Turan Sulduz oğlu Əliyevin anası Zəminə Abbasovadır. Turan onun yeganə oğul övladı olub. Zəminə ana ilə martın 15-də Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı  “Xatirə kitabı: 44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimində tanış olduq. 

Ana kədərdən, dərddən don biçilmiş taleyindən şikayət etməsə də, nakam oğlunun həsrətindən qovrulur.  

“İki övladım vardı, bir qızım, bir oğlum. Turan şəhid olandan sonra bir qızım qaldı və nəvələrim var. Müharibə başlayanda biz Sumqayıtda yaşayırdıq, Turan orada işləyirdi, mən də onun yanında qalırdım. Amma Turan şəhid olandan sonra orada qala bilmədim, kəndə qayıtdım. Oğlum harada dəfn olunubsa mənim də yerim oradadır. Şəhərə qayıda bilmədim, nə ürəyim getdi, nə də ayağım. Oğlumun məzarını qoyub getmədim, indi Əsgərabadda yaşayıram. Həmişə Turanla fəxr edirdim, indi də fəxr edirəm. O mənim yeganə ümidim, dayağım idi. Bəzən Turanın şəhid olduğuna heç inanmıram, elə bilirəm ki, qayıdacaq, ona görə də hər gün yolunu gözləyirəm. Mənim balam dürüst oğlan idi...”

“Turanın şəhid olduğuna heç inanmıram, elə bilirəm ki, qayıdacaq, ona görə də hər gün yolunu gözləyirəm”

Zəminə ana bildirdi ki, şəhid anası olmaq qürurdur, amma ağrı-acısı, kədəri-dərdi də böyükdür, həsrətə dözə bilmir. Oğluna qız seçib, gəlin gətirəsiydi, amma bu ona qismət olmadı, əvəzində üstünə oğlunun tabutu gəldi. Arzuları yarıda qırılan bütün şəhid anaları kimi Zəminə ana da dərdi ilə baş-başa yaşayır. Oğlunun adını anan, xatirəsini əziz tutan hər bir insan ananın gözlərinə işıq, ürəyinə təpər verir. Deyir ki, qızım, nə qədər ömrüm var Turanı yaşadacağam, (əli ilə ürəyini göstərir) onun yeri burdadır. Zəminə ana bildirir ki, Əsgərabadda oğlunun adına bulaq tikilib və insanlar o bulağın suyundan içib oğluna rəhmət oxuyurlar.

“Turan 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2018-ci ilin fevral ayından MAHHXHQ kimi kiçik çavuş rütbəsində xidmətini davam etdirib. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.
Vətən müharibəsi başlayanda dəqiq zərbələri ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilib. Oğlum dəqiq və kəskin nişançı idi”-deyə bildirən Z.Abbasova qeyd etdi ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Turan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. “Turan oktyabrın 26-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib,  27 oktyabr 2020-ci il tarixində Əsgərabadda dəfn olunub”.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə", Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ana dedi ki, oğlu haqqında yazlan hər yazı onun üçün əzizdir. “Xatirə Kitabı Redaksiyanın baş redaktoru Nəzakət xanıma minnətdarlıq edirəm, zəhmət çəkənlərin hamısı sağ olsunlar. Hər kəsdən razıyam...Oğlumu yada salan, unudulmağa qoymayan hər kəs sağ olsun”-deyən ana bildirdi ki, Turan bir qəhrəman kimi şəhid olub. Bu da ona təsəllidir. Deyir ki, oğlunun özü qayıtmasa da, özündən sonra təmiz ad-san qoydu.

Oğlunun başdaşını qucaqlayan ana, o vətənpərvər oğulu sən böyüdüb Vətənə bəxş etmisən, sən öz məhəbbətinlə ona Vətəni sevməyi, lazım gələndə onun uğrunda ölməyi, şəhid olmağı öyrətmisən, onun vətənpərvərlik ruhu  sənin halal südündən qaynaqlanıb. 

Ağlama, şəhid anası, sən bir qəhrəman oğulun anasısan! Sən ucalardan ucasan, sən də bir qəhrəmansan!

İradə SARIYEVA

Biləsuvar-Bakı

   








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

SON XƏBƏRLƏR

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031