Bu il daha 20 min nəfər öz doğma yurduna qayıdacaq" - nazir AÇIQLADI
"İndiyədək 5 mindən artıq sakin işğaldan azad edilmiş bölgələrə qayıdıb. Onların 2500 nəfərdən çoxunu əmək qabiliyyətli əhali təşkil edir və həmin ərazidə öz həyatlarını qurmaq üçün sakinlərin məşğulluğu təmin edilməlidir. Təkcə mənzillərin verilməsi və sosial ödənişlərlə həyatı təmin etmək olmur. Ona görə də Böyük Qayıdış Proqramı çərçivəsində çoxsaylı məşğulluq tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub."
Belə açıqlama ilə yeni fəaliyyətə başlayan DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı olan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir daha sonra deyib: “İndiyədək 2500 vətəndaşla bu sahədə iş aparılıb. Onların 1500 nəfəri daimi işlə təmin olunub və 1000 nəfərlə aktiv iş aparılır. Nəzərə alsaq ki, bu il daha 20 min nəfər öz doğma yurduna, ev-eşiyinə qayıdacaq, onda qarşıda çox böyük iş dayandığı aydın olar. Ona görə də bütün aidiyyətı dövlət qurumları və özəl sektorla birlikdə ən böyük üstünlüyü məskunlaşan əhalinin məşğulluğuna veririk."
Mətləb Salahov