KÖHNƏ VERSİYA            

Ermənistanda eyforiya var - "Bakı separatçı caniləri qaytaracaq"...

Image

 Akif Nağı: “Bakıda saxlanılan separatçı “liderlər”, canilər  o cinayətlərə rəhbərlik etmiş adamlardır”. 

Ermənistan mediası, eləcə də bu ölkənin müxtəlif qurumları, QHT-ləri Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməkdən əl çəkmək istəmirlər. Hər addımda çalışırlar ki, ortaya həqiqətə uyğun olmayan fikirlər atsınlar. Məhv olmuş, tarix səhnəsindən silinmiş separatçı qurumun hazırda Bakıda saxlanılan “liderlərini” “qəhrəman” kimi qələmə verməkdən çəkinmirlər. Hətta erməni cəmiyyətində belə eyforiya yaranıb ki, guya separatçılar həbsdən azad olunub Ermənistana təhvil veriləcək. Təpədən-dırnağa cinayətkar olan bu ünsürlərin Azərbaycan xalqına qarşı işlətdikləri cinayətləri, ərazilərimizdə bölücülüklə, separatçılıqla məşğul olmuş olduqlarını nədənsə yada salmaq istəmirlər. Bir qrup insan Ermənistanda belə eyforiya yaradır ki, guya separatçı “liderlər” qaytarılacaq. 

Məsələn, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Saakyan mətbuata açıqlamasında iddia edib ki, guya “Arsaxın” “yüksək rütbəli liderləri” sonuncu mərhələdə azad ediləcəklər. 

S.Saakyan aprelin 1-də keçirdiyi mətbuat konfransında dabir sıra cəfəngiyatlar səsləndirib. O vurğulayıb ki, Azərbaycandan Ermənistana 210-a yaxın hərbiçi repatriasiya edilib. “Sülh müqaviləsi də daxil olmaqla, dövlətlərarası xarakter daşıyan tərəflər razılaşıblar ki, problemlər həll edildikdən sonra orada saxlanılan ermənilər də öz vətənlərinə qaytarılacaqlar. Hesab edirəm ki, “yüksək rütbəli” “liderlər” son nəticədə vətənə qaytarılacaq…”-deyə bildirən Saakyanın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı iddialarından əl çəksə, həmin şəxslərin repatriasiyası üçün hüquqi rıçaqlarını da itirəcək.

“Bu səbəbdən də onların azad olunacaqlarına dair uydurmaların səsləndirilməsi anormal haldır”

Məsələyə şərh verən Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda müəyyən şəxslər bu məslədən özlərinə xal qazanmaq üçün istifadə edirlər. “Bu dırnaqarası xadim Saakyan da özünə qondarma bir təşkilat yaradıb onun adından nəsə deməyə, beynəlxalq hüquqa müraciət etməyə, Ermənistanın mövqeyini ortaya qoymağa çalışır. Əslində isə onlar  işin hansısa düzgün istiqamətə getməsinə xidmət etmirlər. Onlar özlərinin təbliği, özlərini gündəmə  gətirməklə məşğuldurlar. Saakyanın açıqlaması tamamilə məntiqsizdir. 

Bu proses Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından gedir. Ermənistan tərəfindən Azərbaycana qarşı işğal aktı törədildi, Azərbaycan torpaqları 30 il müddətində  işğal altında saxlanıldı. Azərbaycan çalışdı ki, ərazilərini işğaldan azad edib öz torpaqlarında suverenliyini bərpa etsin, eyni zamanda da regionda sülh və sabitlik üçün Ermənistanla münasibətləri normallaşdırsın. Yeri gəlsə, Azərbaycanın bu istiqamətdə təşəbbüsünə heç ehtiyac da yoxdur. Çünki Ermənistan Azərbaycana qarşı cinayət törədib. Bu cinayətlərə görə Azərbaycanın onunla münasibətlərini normallaşdırmasından daha çox beynəlxalq müstəvidə Ermənistanın bu hərəkətlərinə hüquqi qiymət verilməsi, bu ölkəyə qarşı beynəlxalq səviyyədə tədbirlərin görülməsi, hərbi cinayətlərin araşdırılması ilə bağlı beynəlxalq tribunalın yaradılması istiqamətində fəaliyyət göstərməlidir. Amma yenə də Azərbaycan humanistliyini, regionda sabitliyin olmasında maraqlı olduğunu göstərir. O müstəvidə deyil, münasibətlərin normallaşdırılması istiqamətində fəliyyət göstərir. Onlar da bunu düzgün dəyərləndirmirlər. Bizim yerimizdə ermənilər olsa, heç bizimlə danşıqlara gəlməzdilər. Halbiki, biz onları konstruktiv mövqeyə gəlmələri üçün 30 il ərzində Masaya oturda bilmirdik. Bu gün də baxırsız ki, olmayan məsələlərdə Azərbaycanı ittiham etməyə çalışırlar, beynəlxalq təşkilatlara müraciət edirlər ki, guya Azərbaycan “etnik təmizləmə” ilə məşğul olub, Qarabağdakı erməniləri zorla çıxarıb, onlara qarşı hansısa təzyiq və təhdidlər varmış. Yəni olmayan məsələləri qabartmağa çalışırlar. Əslində bizim daha çox haqqımız var ki, 30 il ərzində baş verənlərə bütün dünyanı cəlb edək, əsas diqqət o istiqamətdə olsun. O canilərin həbs olunması, Bakıya gətirilməsi, onlara məhkəmə qurulması ilə bağlı heç ermənilər səslərini də çıxara bilməzdilər. Bizim bu humanist mövqeyimizdən onlar sui-istifadə edirlər”-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, Ermənistandakı bəzi qüvvələr Bakıda saxlanılan hərbi canilərlə, separatçılrla bağlı proses aparmağa  cəhd edirlər, amma əslində onların “hüquqlarının qorunması” da həmin şəxsləri maraqlandırmır. Onların özlərini reklam etməyə, Azərbaycanı ittiham etməyə çalışdıqlarını deyən A.Nağı vurğuladı ki, həmin qüvvələr bu şəkildə həmin situasiyadan istifadə etmək istəyirlər. “Təkcə Saakyan deyil, Lemkin İnstitutu da ortaya düşüb separatçıları müdafiə edir. Başqa qurumlar da onların guya “azad olunması” məsələsini qoyurlar. Birinci, onların yanaşmaları düzgün deyil. Guya o adamları siyasi proseslərin “qurbanı” kimi təqdim etməyə çalışırlar. Bakıda saxlanılan separatçılar hərbi canidirlər, Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərində iştirak ediblər. Burada saxlanılanlar cinayətkarların bir hissəsidir, digəriləri də saxlanılacaq, gələcəklər, Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Onlar hamısı hökmən öz cəzalarını alacaqlar, alırlar, məhkəmə prosesi gedir, onların törətdikləri cinayətlərə hüquqi qiymət verilir, bu cinayətlərə görə məsuliyyətə cəlb olunurlar.

Separatçılardan bu cür siyasi manipulyasiyalarda istifadə etmək qətiyyən yolverilməzdir, onlara hüquq müstəvisində yanaşılmalıdır. Kimsə doğrudan da Azərbaycan hakimiyyətinin, Azərbaycan məhkəməsinin humanist mövqeyini görmək istəyirlərsə hüquq müstəvisində danışmalıdırlar, bu məsələni siyasi müstəviyə keçirməməlidirlər. Guya sülh prosesi getdikcə orada nəticə əldə edildikcə guya separatçılar da sərbəst buraxılacaqlar. Elə deyil. Onlar qanuni şəkildə sübutlarla, şahidlərlə mühakimə olunurlar, cəzalarını Azərbaycanda   çəkirlər. Hesab edirəm ki, hansısa bir məqamda onların Ermənistana qaytarılması ilə bağlı məsələ gündəmdə olmamalıdır. Zaman-zaman Azərbaycan humanist addımlar atıb müəyyən hərbi cinayətkarları Ermənistana qaytarır. Amma Bakıda saxlanılan separatçı “liderlər” o cinayətlərə rəhbərlik etmiş adamlardır. Bu səbəbdən də onların azad olunacaqlarına dair uydurmaların səsləndirilməsi anormal haldır. Ermənistanda eyforiyaya qapılanlar bilməlidirlər ki, Köçəryan, Sarkisyan. Ohanyan, Şahramanyan, Babayan da gəlib Azərbaycan məhkəməsi qarşısında dayanıb cavab verməlidirlər, onlar da gələcəklər, hökmən gəlib cavab verəcəklər”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031