"Cənubi Qafqazda sülhə dəstəyi davam etdirəcəyik" - Ağ Evdən AÇIQLAMA
“Rəsmi Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülhə dəstəyi davam etdirəcəyik”. Bu barədə ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyan edib. O, bildirib ki, son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət sabit olaraq qalır.
Rəsmi nümayəndənin sözlərinə görə, regionda sülhə nail olunmasının yeganə yolu konstruktiv danışıqlardan keçir: “Biz dəfələrlə bəyan etmişik ki, vəziyyətin eskalasiyası nə regionun, nə də tərəflərin maraqlarına cavab verir”.
Mətləb Salahov