Binəqədidə taxta sexi yanıb
Bakıda sex yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2900 m² (hər mərtəbəsi 1450 m²) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 450 m² olan taxta sexinin içərisində yığılan taxta materialı 7 m² sahədə yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətləb Salahov