Bu gün "Qarabağ" və "Neftçi" arasında kubok oyunu keçiriləcək
![Image](/uploads/posts/2024-04/191620_fw8wfpkes2.webp)
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. Bu mərhələnin ilk qarşılaşmasında "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal digər qarşılaşması sabah keçiriləcək. Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.
Mətləb