İsrailin sabiq naziri nə haqla Fələstin və Qarabağ məsələlərini eyniləşdirir???...
"İsrailin sabiq Rabitə ......naziri, hazırda politoloqluq edən cənab Ayub Kara "Time of İsrail" nəşrində dərc etdiyi məqaləsində Fransanın Azərbaycana və İsrailə münasibətindəki riyakarlıq məzmununu ifşa etməyə cəhd göstərməklə ortaya yaxşı bir nümunə qoymaq istəyib.Lakin həmin məqalədə və hələ 90- cı illərdə İsrail qəzetlərində çap etdirdiyi "Qarabağ və Fələstin: paralellər aparmaq təcrübəsi " adlı məqaləsində böyük yanlışa yol verdiyini bir daha təsdiq edib. Fələstin və keçmiş Qarabağ münaqişələrini eyniləşdirməklə İsrailli sabiq məmur Azərbaycana nə qədər ziyanlı mövqe tutduğunu öncədən anlamalı idi."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində yazıb. A.Quliyev yazır: "Necə yəni, Fələstin və Qarabağ münaqişələri arasında oxşarlıq və paralellər var? Bu qədər fəhmsizlik və ya şüurlu düşmənçilik olar? Adını Azərbaycana dost və təəssübkeş bir dövlətin məmuru qoyasan, paralel bu qədər də pislik edəsən?! Həm də bu, məntiqsizlikdir ....

Hər kəs bilməlidir ki, keçmiş Qarabağ münaqişəsinin içində heç bir ayrıca dövlətçilik haqqı olmayan separatçı erməni toplumu dayanırdı...Vəssalam. Fələstin münaqişəsi və ya müharibəsinin arxasında isə dövlətçilik haqqı olan Fələstin ərəbləri dayanır.
Fərqin böyüklüyünü gördünüzmü?
Əgər cənab Kaya Qarabağ və Fələstin məsələlərinə görə Azərbaycanın və İsrailin informasiya hücumuna məruz qaldıqlarını əsaslanırsa , müqayisə tərəflərini yenə uğursuz seçib. Heç bir arqument Fələstin və keçmiş Qarabağ məsələlərini eyniləşdirmək üçün əsas ola bilməz cənab Kaya...
Bu statusu İsrailin Bakıdakı səfirliyinin diqqətinə ayrıca çatdıracağam...."
Mətləb