Türkiyə seçkilərində Maral Akşənər də "yandı", Tansu Çillər də....
Siyasətçilərin maraqlı, ancaq barışmaq zorunda olduqları taleləri olurmuş... Müasir Türkiyə siyasəti 90-cı illərdən bu yana 2 qadın siyasi lider tanıyır- Tansu Çillər və Maral Akşənər...Hər ikisi 31 mart bələdiyyə seçkilərində "yandı"...
Bir vaxtlar meydanları kükrədən, "Doğru yol" partiyasının sədri, baş nazir olmuş Tansu Çillər bu seçkini düzgün "orientir" edə bilmədi. İstanbul bələdiyyə başqanlığına Murat Kurumun namizədliyini dəstəklədi, Murad bəy isə məğlub oldu. Maral Akşənərin İYİ partiyasının bu seçkidə iflası daha dəhşətli oldu. Rəqəmlər iddia edir ki, Akşənər özü də, partiyası da Türkiyə siyasətini tərk etmək ərəfəsindədir. 2018- ci ilin prezident seçkilərində Akşənər 4,5 milyon səs, 2023- cü ilin prezident seçkilərində 5,2 milyon səs, martın 31- də isə cəmi 1,4 milyon seçicinin səsini ala bildi. Rəqəmlərin geriyə dinamikası xanımın partiyasının ümumən siyasi səhnəni tərk etmək təhlükəsindən xəbər verir. Bu gün Maral Akşənərin xüsusi açıqlaması gözlənilir..
Maral xanımın Türkiyə siyasətindən gedişini önləmək artıq mümkünsüzdür...
Namiq Quliyev