"Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz" - ABŞ İnstitutu açıqladı
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında qeyd edilir ki, Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz. Qeyd olunub ki, bu barədə Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib: Onun sözlərinə görə, "bu, xüsusilə, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır”.
Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər: “Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər”.
Qeyd edək ki, son zamanlar ikitərəfli münasibətlər pisləşməkdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil.
Mətləb Salahov