Londondakı həyatından və İlk dəfə görüntüləndiyi sevgilisindən danışdı..
Türkiyəli aktrisa Çiğdem Batur ötən gecə sevgilisi Gökhan Keserlə ilk dəfə görüntülənib. Ç.Batur jurnalistlərin sualları cavablandırıb, öz şəxsi həyatından danışıb.
"Londonda aktyorluq akademiyası və PR şirkətim var. Londonda olmaq da mənim üçün bir az dinclikdir. Musiqilərə, muzeylərə gedirəm, şəhəri gəzirəm, amma orada olanda Türkiyə üçün çox darıxıram. Məncə sosial mühit və ailənin olduğu yer önəmlidir Sosial çevrəmi və ailəmi sevən biriyəm. Bura gəlib dincəlirəm. Hələ 1-2 ay burada olacağam" deyə, bildirib.
Mətləb