ABŞ Ukraynaya yardım üçün qanun layihəsi hazırlayır - Mayk Törner
Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Törner bəyan edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yardım haqqında qanun layihəsinə baxacaq. Onun sözlərinə görə, ABŞ Konqresinin Aşağı Palatasının spikeri Mayk Conson bu məsələni apreldə müzakirəyə çıxarmağı planlaşdırır.
"Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini qəbul etdikdən sonra gündəliyin növbəti əsas maddəsi olacaq", - deyə o vurğulayıb.
Mətləb Salahov