Türkiyədə bələdiyyə seçkiləri - ilkin nəticələr açıqlandı...
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb.
02:32
Bülletenlərin 93 faizi açılıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 37,43 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,70 faizlə ikinci sıradadır.
Ankarada CHP-nin namizədi Mansur Yavaş 59,80 faiz, İstanbulda CHP-dən namizəd Əkrəm İmamoğlu 50,90 faizlə öndədir.
23:18
Bu saatadək ölkə üzrə sandıqların 58 faizi açılıb. Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,85 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,38 faizlə ilk sıradadır.
XXX
İndiyədək ölkə üzrə sandıqların 31 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,75 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,01 faizlə ilk sıradadır.
ZÜMRÜD