Xocalıda insan qalıqları aşkarlan yerdən GÖRÜNTÜLƏR...
Xəbər verdiyimiz kimi, martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında insan qalıqları aşkarlanıb.
Trend xəbər verir ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazi qiymətləndirildikdən sonra qazıntı ekskumasiya işləri aparılacaq.