İran səfirindən Ermənistan-ABŞ-Aİ görüşünə reaksiya - regiondakı problemlərin həllinə kömək etməyəcək, çətinləşdirəcək...
Cənubi Qafqaz ölkələri öz problemlərini müstəqil şəkildə həll edə bilərlər. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
İranlı diplomatın sözlərinə görə, Qərb dövlətlərinin regiona müdaxiləsi uğurlu təcrübə sayıla bilməz və bu fəaliyyət regiondakı problemlərin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti çətinləşdirəcək.
“Qərb ölkələri, ilk növbədə, region ölkələrinin maraqlarını deyil, öz maraqlarını güdürlər. Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz problemlərini müstəqil şəkildə həll edə bilərlər. İran İslam Respublikası bu istiqamətdə ikitərəfli və çoxtərəfli əlaqələri davam etdirir”, – deyə Seyid Abbas Musəvi bildirib.
Məlumat üçün bildirək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Layen arasında üçtərəfli görüş planlaşdırılır.
TAHİR