Daxili işlər naziri Hacıqabulda vətəndaşları qəbul edəcək...
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala sakinlərinin qəbulunu keçirəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı aprelin 3-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
ZÜMRÜD