KÖHNƏ VERSİYA            

ABŞ və Avroittifaq üzündən Rusiyanın Ermənistana basqıları artdı...

Image

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə cari il aprelin 5-də keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının yaratdığı narahatlıqları Azərbaycanla yanaşı, Rusiya da bölüşür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Kremldə narahatlıq doğurur: 

“Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yaratmaq, ölkələri anti-Rusiya gündəminə riayət etməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.

Səslənən ittihamlara cavab olaraq, İrəvan görüşün Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsinə həsr olunacağı və heç bir üçüncü tərəfə qarşı olmadığında təkid edib. Bakıdan başqa, Moskva da bu vədlərə inanmadı. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmaya əsaslanır. Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Avropa İttifaqının və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Avropa İttifaqı və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşməlidir. Bundan başqa o da faktdır ki, Aİ-nin Ermənistandakı missiyası da anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın bu missiyaya qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bunu Azərbaycandan başqa Rusiya da indi açıq mətnlə vurğulayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir: "İndi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər”. Sergey Lavrov onu da qeyd edib ki, belə vəziyyətdə Ermənistan bilərəkdən Rusiya Federasiyası ilə münasibətləri korlamağa çalışır. Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət nikbinlik yaratmır: "Ermənistan rəhbərliyi, açığını desəm, işi son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına aparır”. Lavrov vurğulayıb ki, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinin, sərhədçilərin, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) böhtanında özünü göstərir: "İrəvanda xatırlamırlar ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub". Nazir xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Aİ-nin oxşar missiyasını ölkəyə çağırıb: "Nəticədə bu missiyanın tərkibi ikiqat artırıldı və indi Norveç, Kanada və ABŞ-dan hərbçilər ora göndərilir ki, bu da Aİ missiyasını NATO missiyasına çevirib".

Baş verənlər, əslində, Ermənistanın özündə də yaxşı sezilir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Erməni politoloq Tiqran Qriqoryan Brüssel görüşü fonunda bu xüsusda bildirir: “Əvvəla bu, Azərbaycanla gərgin münasibətlər fonunda Ermənistana bir növ siyasi və diplomatik dəstəkdir. Biz gördük ki, Azərbaycan Qərbi uğurla danışıqlar prosesindən sıxışdırıb çıxardı, Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana hərbi yardım göstərmək planlarından konkret olaraq şikayət edib. Və əgər İrəvan Qərbin yardımı illüziyası ilə sabitliyi pozan əməliyyata gedirsə, bəyan edin ki, Aİ və ABŞ da bunun məsuliyyətini bölüşəcək”. Bakının sərt reaksiyasını nəzərə alan Qriqoryan istisna etmir ki, Azərbaycan Vaşinqton və Brüsselə siqnallar vermək üçün müəyyən addımlar ata bilər. Siyasi şərhçi qeyd edir ki, son vaxtlar İrəvan mütəmadi olaraq təhlükəsizliyin və iqtisadiyyatın şaxələndirilməsi siyasətini elan edir, lakin Rusiyadan böyük iqtisadi asılılığa malik Aİİ və KTMT-dən çıxıb-çıxmayacağını dəqiqləşdirmir. Bu fonda Rusiyanın sərt addımlara getməsi istisna olunmur. ABŞ və Avropa İttifaqı öz gündəliyində olan siyasətlərini yenə də israrla Ermənistana təlqin etməyə çalışır və ona bu istiqamətdə təzyiqlər göstərirlər. Amma bununla Ermənistanı həm də yeni hərbi toqquşmalar məkanına çevirirlər.

Tahir TAĞIYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

SON XƏBƏRLƏR

06.12.2024 | 14:26
"Ermənistan beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməlidir" - XİN rəsmisi

06.12.2024 | 12:30
Bakıda vergidən yayınan MTK-ların böyük siyahısı ortaya çıxdı - söhbət milyonlarla manatdan gedir...

06.12.2024 | 12:00
Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib

06.12.2024 | 11:30
Robert Levandovski daha 2 il "Barselona"da

06.12.2024 | 11:15
Onlarla Azərbaycandakı qohumları arasında əlaqə yaradıldı - BQXK açıqlama yayıb

06.12.2024 | 11:10
Hacıqabulda "Mercedes" aşıb, 1 nəfər ölüb

06.12.2024 | 11:05
Trampın seçilməsi üçün 260 milyon dollar xərcləyib - İlon Maskla bağlı şok hesabat

06.12.2024 | 11:00
Bakıda Fransa və Niderland neokolonializmi haqqında beynəlxalq konfrans işə başlayıb

06.12.2024 | 10:20
Bu ölkədə Baş Prokurorluq Prezidentin fəaliyyətindən şübhəyə düşüb...

06.12.2024 | 10:15
Neftimiz yenə ucuzlaşıb - dünya bazarında son durum

06.12.2024 | 10:10
Bir gündə 38 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

06.12.2024 | 10:10
Bakıda motosiklet yolu keçən qızı vurub

06.12.2024 | 10:05
Bələdiyyə seçkiləri ilə əlaqədar bu yerlərdə seçki məntəqələri yaradılır

06.12.2024 | 10:00
Bu gün Yasamalın bəzi ərazilərində qaz olmayacaq

06.12.2024 | 10:00
Culfanın bəzi kəndləri bu gün işıqsız qalacaq

06.12.2024 | 09:30
Azərbaycan və Qazaxıstanın XİN başçıları Maltada görüşüb

06.12.2024 | 09:25
Tələbə sayına görə niyə qonşulardan geridəyik?..

06.12.2024 | 09:20
Makron küncə sıxılır - 50 faizdən çox fransız onun istefasını tələb edir

06.12.2024 | 09:10
"Mən sizin üçün çox darıxıram" - Messi "Barselona" azarkeşlərinə səsləndi

06.12.2024 | 09:06
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06.12.2024 | 09:00
Qubada 102 min manatlıq dələduzluq edənlər yaxalanıb

06.12.2024 | 08:38
Bankçılıqdan "açıq bankçılığa" keçid vətəndaşlara nə verəcək...

05.12.2024 | 23:56
Lavrovdan Paşinyanın KTMT bəyanatına reaksiya - o, bu mövzuda çox danışıb...

05.12.2024 | 23:23
Ceyhun Bayramov ATƏT-in iclasında Minsk qrupunun ləğvi məsələsini qaldırdı...

05.12.2024 | 22:37
"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi həbs edildi...

05.12.2024 | 22:15
Azərbaycan Türk fəlsəfə tarixinin 3-cü cildi işıq üzü görüb

05.12.2024 | 21:48
Ceyhun Bayramov gürcü nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə etdi...

05.12.2024 | 21:32
"Avropada etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur" - Ceyhun Bayramov

05.12.2024 | 20:56
Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

05.12.2024 | 20:39
Dolların taxtı silkələnir, Tramp alternativ pul yaradanları kəskin hədələdi - "kəsərəm"

05.12.2024 | 20:25
OCCRP COP29-a qarşı mübarizəni Amerika kəşfiyyatının materialları əsasında apardı...

05.12.2024 | 20:11
Ermənistan Bakının son sülh layihə təklifinə hələ cavab verməyib - Simonyan COP-u bəhanə etdi...

05.12.2024 | 19:56
ABŞ və Avropa OCCRP-dən ölkələrə təzyiq aləti kimi istifadə etməyə can atır - amma öz mövqeyini sarsıdır...

05.12.2024 | 19:41
İctimai Şuraların tərkibinə QHT sektorunda etirazlar böyüyür...

05.12.2024 | 19:27
Makron Fransanın siyasi və maliyyə sistemini çökdürdü - ölkə hökumətsiz qaldı...

05.12.2024 | 19:14
İqlim dəyişikliyi gender uçurumu yaradır, dünyaya təhdid - Azərbaycan reallıqları...

05.12.2024 | 19:00
Xatirə Kitabı Redaksiyasının şəhid ailələrinə misilsiz hədiyyəsi... - FOTO

05.12.2024 | 18:45
"Azərbaycan 21-22-ci ildə bizim torpaqlarımızı işğal etdi" - Bu fikri deyən sülh istəyir?

05.12.2024 | 18:31
OCCRP adlı qondarma beynəlxalq qurum bəzi Azərbaycan "jurnalistləri" ilə cinayətkar əlaqələr qurub...

05.12.2024 | 18:25
"Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi davamlı sülh üçün zəruridir" - Əhliman Əmiraslanov

05.12.2024 | 18:17
Paşinyan Putinə kəskin tonda cavab verdi - “Belə sənədlər yoxdur”

05.12.2024 | 18:03
OCCRP-ni Azərbaycanın daxili işlərinə məşhur ermənipərəst ABŞ məmuru yönəldir...

05.12.2024 | 17:50
"İraqın və Suriyanın şimalında yeni türk dövləti" - informasiyanı yayanların hədəfi…

05.12.2024 | 17:37
Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

05.12.2024 | 17:33
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

05.12.2024 | 17:24
Paşinyan bu dövlətin başçısını İrəvanda görmək istəmir...

05.12.2024 | 17:11
OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

05.12.2024 | 17:06
Mərkəzi Bankın sədrinə müavinlər təyin edildi

05.12.2024 | 17:01
Prezident Mərkəzi Bankın sədrinə birinci müavin təyin etdi

05.12.2024 | 16:42
“Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır” - Vüqar Rəhimzadə

05.12.2024 | 16:36
"Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq" - Şamil Ayrım

05.12.2024 | 16:20
"Azərbaycanla danışıqların pozulmasına erməni tərəfinin dövlət sirlərini sızdırması səbəb olub" – Simonyan

05.12.2024 | 16:07
Nəbatat Bağına giriş qiyməti açıqlandı - 6 yaşa qədər pulsuz, böyüklər üçün isə...

05.12.2024 | 15:56
Putindən Trampın dollar təhdidlərinə cavab - dünya artıq dəyişib...

05.12.2024 | 15:14
Zelenski Gürcüstan hakimiyyətinə sanksiya tətbiq etdi...

05.12.2024 | 14:49
"Avropalılar bizi “Maydan”la hədələyirdi, ancaq bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq" - İrakli Kobaxidze

05.12.2024 | 14:28
Makron İsraili tənqid edir, İrəvandakı səfiri isə İranın lehinə paylaşımlar edir - Fransanın Qərb ölkələrinə xəyanəti...

05.12.2024 | 14:21
Suyu süzülən BAKI...

05.12.2024 | 14:18
Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

05.12.2024 | 14:05
Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN

05.12.2024 | 14:03
Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif edildi

05.12.2024 | 14:02
Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanladı

05.12.2024 | 13:25
Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirildi

05.12.2024 | 13:11
ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi

05.12.2024 | 12:30
"Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir" - Əziz Ələkbərov

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:53
“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub

05.12.2024 | 11:47
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:02
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:47
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

05.12.2024 | 10:20
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

05.12.2024 | 10:16
Sabah Bakı Təşəbbüs Qrupu Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

05.12.2024 | 10:15
"Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır" - Prezident

05.12.2024 | 10:10
ABŞ bu ölkəyə xəbərdarlıq etdi

05.12.2024 | 10:05
Prezident: "Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir"

05.12.2024 | 10:05
Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031